İNSAN ALVERİ İLƏ MƏŞĞUL OLAN DÖRD QADIN TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməllə məşğul olan Mingəçevir sakini Zaşirə Denişova, Qəbələ rayon sakinləri Gülbəniz, Aybəniz və Almaz Şərifova bacıları tutulmuşlar. Onlar cinayət əlaqəsinə girərək, gəlir əldə etmək məqsədilə Azərbaycan vətəndaşı olan 2 qadını satmaq üçün Pakistan İslam Respublikasına göndərmişlər.
Faktla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]