İnstaqram hesabınızın təhlükəsizliyini qorumaq üçün vacib məqamlar
Bakı, 11 aprel, AZƏRTAC
İnstaqram hesabınızın təhlükəsizliyini təmin etmək üçün bəzi məqamlara diqqət yetirmək vacibdir.
AZƏRTAC Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, hesaba mürəkkəb şifrənin təyin edilməsi vacibdir. Həmçinin iki faktorlu təsdiqləmə funksiyasını aktivləşdirin. Etibarlılığına əmin olmadığınız üçüncü tərəf proqramlar vasitəsilə giriş məlumatlarınızı daxil etməyin.
Təhlükəsizlik > Giriş hərəkətləri bölməsindən hesabınıza daxil olan cihazları nəzərdən keçirin.
E-poçtunuza hesabınızla əlaqədar göndərilən mesajların isə “@mail.instagram.com” domen adından gəldiyinə əmin olun.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]