İntensiv dolu və güclü leysan Gədəbəydə bir sıra fəsadlar yaradıb
Gədəbəy, 23 iyun, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın qərb bölgəsində yüksək dağlıq ərazidə yerləşən və sərt iqlim xüsusiyyətləri ilə fərqlənən Gədəbəy rayonunda iyunun 21-də saat 14 radələrindən başlayaraq 17 yaşayış məntəqəsinə yağan dolu və güclü leysan yol-nəqliyyat infrastrukturuna və kənd təsərrüfatına ziyan vurub.
Gədəbəy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yağan dolu və güclü leysan nəticəsində 918 hektar əkin sahəsinə, körpü, keçid və yollara ziyan dəyib.
Qeyd edilib ki, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər həyata keçirilib, körpü və keçidlərdə bərpa işləri aparılıb, ziyan dəymiş yaşayış məntəqələrində nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.