“İNTER” (AZƏRBAYCAN)–“İNTER” (FİNLANDİYA) – 3:1
Moskva, 18 yanvar (AZƏRTAC). AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın “İnter” komandasının futbolçuları Finlandiyanın eyniadlı klubunun idmançılarına 3:1 hesabı ilə qalib gələrək, “Birlik çempionları kuboku-2009” turnirinin “D” qrupunda ikinci yerə çıxmış və praktiki olaraq dörddəbir finalda özlərinə yer təmin etmişlər.
Məlum olduğu kimi, bu ərəfədə idmançılarımız Qırğızıstan çempionları ilə heç-heçə oynamışdılar.
Finlandiya komandasının qapısına birinci qolu Andrey Rubin vurmuş, sonra isə Xaqani Məmmədov hesabı artırmışdır. Oyunun ikinci hissəsində rəqiblər hesabda fərqi azaltmışlar. Lakin Valter Quqlemon 11 metrlik cərimə zərbəsini dəqiq vuraraq görüşdə son nöqtəni qoymuşdur. Mütəxəssislərin fikrincə, Azərbaycan çempionu əzmkar oyun, ciddi hazırlıq və yüksək peşəkarlıq nümayiş etdirmişdir.
“İnter” növbəti oyunda Latviyanın “Ventspils” komandası ilə qarşılaşacaqdır. Bu görüş yanvarın 20-də “Olimpiyski” idman kompleksində keçiriləcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]