İNZİBATİ VƏZİFƏLƏR TUTAN DÖVLƏT QULLUQÇULARINA İXTİSAS DƏRƏCƏLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na və 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na müvafiq olaraq qərara alıram:
İnzibati vəzifələr tutan dövlət qulluqçularına aşağıda göstərilən ixtisas dərəcələri verilsin:
I. İnzibati vəzifələrin ikinci təsnifatı üzrə -
1-ci dərəcə dövlət müşaviri
Azərbaycan Respublikası Prezidentinin
Protokol xidmətinin rəisi - Elçin Tələt oğlu Bağırova
Azərbaycan Respublikası Prezidentinin
Mətbuat katibi - Azər Məhəmməd oğlu Qasımova
Azərbaycan Respublikası Prezidentinin
İcra Aparatının Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin müdiri - Süleyman Abbas oğlu İsmayılova
Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının rəhbəri - Ağa-Bala Şamxal oğlu Hacıyevə
II. İnzibati vəzifələrin üçüncü təsnifatı
üzrə - 3-cü dərəcə dövlət müşaviri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Aparatı rəhbərinin müavini -Şahin Möhübbət oğlu Rüstəmova
Azərbaycan Respublikası Nazirlər Kabineti
Aparatının Sənaye şöbəsinin müdiri - Səyyaf Fətiş oğlu İsmayılova
Azərbaycan Respublikası Baş nazirinin
köməkçisi - Natiq Həmdulla oğlu Əzizova
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2007-ci il.