İordaniyalı futbolçu Azərbaycan çempionatında 50-ci oyununu keçirib
Bakı, 25 aprel, AZƏRTAC
“Qəbələ”nin futbolçusu Omar Hani Azərbaycan çempionatında 50-ci oyununu keçirib. İordaniyalı yarımmüdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının XXXI turuna təsadüf edib.
AZƏRTAC xəbər verir ki, 24 yaşlı legioner “Sumqayıt”la səfər görüşündə sonradan meydana daxil olub.
O.Hani “qırmızı-qaralar”ın 0:2 hesabı ilə geridə olduğu matçda komandanın ilk qolunu vurub. Yubiley matçındakı bu topdan sonra daha iki dəfə fərqlənən “Qəbələ” geridönüşlə 3 xal qazanıb - 3:2.
Futbolçu Premyer Liqada 2021-ci il sentyabrın 11-də “Sabah”la səfər matçında (2:0) debüt edib. O, ötən mövsüm 21, cari çempionatda 29 dəfə meydana çıxıb. İordaniyalı futbolçu bu qarşılaşmalarda 3 qola imza atıb.
Xatırladaq ki, O.Hani “Qəbələ”nin forması ilə Premyer Liqada 50 və daha çox oyun keçirən 36-cı futbolçudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]