İORDANİYANIN KRALI ƏLAHƏZRƏT II ABDULLAHA
Əlahəzrət,
Əziz dostum,
İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan ilə İordaniya arasındakı dostluq və tərəfdaşlıq münasibətləri uğurla davam etməkdədir. Əminəm ki, ikitərəfli əlaqələrimizin inkişafı, beynəlxalq qurumlar çərçivəsində birgə işimiz və qarşılıqlı dəstəyimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Ümidvaram ki, bu yaxınlarda ölkəmizə səfəriniz, bu səfər çərçivəsində keçirdiyimiz görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın daha da dərinləşməsinə yeni təkan verəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İordaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə və ən səmimi hisslərlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 may 2008-ci il.