İORDANİYANIN KRALI ƏLAHƏZRƏT II ABDULLAYA
Əlahəzrət,
Əmman şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnmiş amansız terror aktlarının törədilməsindən son dərəcə hiddətləndik. Biz terrorizmə qarşı qətiyyətlə çıxır, onun bütün təzahürlərini kəskin şəkildə pisləyirik.
Baş vermiş bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə, bütün İordaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 noyabr 2005-ci il.