“İpək Yolu” II Beynəlxalq musiqi festivalı çərçivəsində “Kontrabas” monotamaşası göstərilmişdir
Bakı, 30 iyun (AZƏRTAC). İyunun 30-da “İpək Yolu” II Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kontrabas” monotamaşası göstərilmişdir.
AZƏRTAC xəbər verir ki, alman yazıçı-dramaturqu Patrik Züskindin “Kontrabas” pyesi əsasında səhnələşdirilən tamaşada kontrabasçı rolunu Əməkdar Artist Şövqi Hüseynov ifa etmişdir. Tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatçısı Xalq Artisti İrina Perlovadır.
Tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Qeyd edək ki, alman yazıçısı, dramaturqu və kinossenaristi Patrik Züskindin “Kontrabas” monopyesinin qəhrəmanı ensiklopedik biliyə və yüksək intellektə malik peşəkar musiqiçi, əsl sənət fədaisidir. O, iki böyük ülvi məhəbbət hissi arasında çırpınır: bir tərəfdən, bütün ömrünü həsr etdiyi sevimli aləti kontrabasa, musiqi sənətinə olan sonsuz məhəbbəti, digər tərəfdən isə kontrabasçı kimi çalışdığı opera teatrının müğənnisi, mezzo-soprano Saraya qarşı yeni yaranmış çılğın eşqi.
Öz kontrabası ilə sanki canlı insan - dostu, övladı, həmdəmi kimi söhbət edən, xəyalən səsini eşitdiyi sevgilisi ilə danışan, uşaqlıq xatirələri, ambisiyaları və uğursuzluqları, dahi müəllimləri və musiqiçilərin kölgələri ilə “dərdləşən” qəhrəman daim özünü faciəvi situasiyalara düçar edir. Onu özünü dərk etməyə aparan yol da elə budur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2026 [13:03]
Türkiyə universitetlərində Azərbaycan filmləri nümayiş etdirilir
- 11.05.2026 [09:45]
Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür
- 11.05.2026 [08:24]
Heydər Əliyev - Azərbaycan sevgisi...
- 11.05.2026 [08:23]
“İthaf”: Ümummilli Liderə musiqi ilə ehtiram
- 10.05.2026 [20:33]
Şair Fərzalı Abbasəlioğlunun 70 illiyi qeyd olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər
- 10.05.2026 [23:44]
Qətərdə Heydər Əliyevin 103-cü ildönümü böyük ehtiramla anılıb
- 10.05.2026 [23:32]
Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub
- 10.05.2026 [23:03]
Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır
- 10.05.2026 [22:58]
Qazaxda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
- 10.05.2026 [22:53]
Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub
- 10.05.2026 [22:45]
Zelenski: Rusiya iki gündür genişmiqyaslı hücumlar həyata keçirmir
- 10.05.2026 [22:44]
Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub
- 10.05.2026 [22:31]
Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
- 10.05.2026 [22:07]
Azərbaycan Avropa Həftəsində təmsil olunub
- 10.05.2026 [22:01]
Premyer Liqa: "Neftçi"dən asan qələbə
- 10.05.2026 [21:39]