İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb
Bakı, 17 iyul, AZƏRTAC
İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub. Fondun məlumatına əsasən, iyulun 16-da AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, iyulun 16-dan etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 947,62 AZN təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 947,62 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 947,62 AZN olması nəzərə alınmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]