İpoteka portfeli üzrə qeyri-işlək kreditlərin nominal həcmi artıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Cari ilin ilk yarısında ipoteka portfeli üzrə qeyri-işlək kreditlərin nominal həcmi 1,8 faiz (0,72 milyon manat) artaraq 40 milyon manat təşkil etsə də, qeyri-işlək kreditlərin portfeldə payı 0,1 faiz bəndi azalaraq 1 faiz olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu ilin ilk yarısında təkrarsığortaya ötürülən təkrarsığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 10 faiz (6 milyon manat) azalaraq 57 milyon manat olub. Təkrarsığorta haqlarının sığorta haqlarında payı 8 faiz təşkil edib. Ötürülən təkrarsığorta haqlarının 5 faizi (3 milyon manat) həyat sığorta sinifləri, 95 faizi isə (54 milyon manat) qeyri-həyat sığorta siniflərinin payına düşür. Həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 1 faizi, qeyri-həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları qeyri-həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 17 faizi təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]