İqor Ponomaryov: Musa Qurbanlı yeni komandasına uyğunlaşmağa başlayır
Bakı, 30 avqust, AZƏRTAC
Musanın son matçda qollar vurub məhsuldar ötürmə etməsi çox yaxşı oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah”ın Müşahidə Şurasının üzvü və klubun idman direktoru İqor Ponomaryov Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının İsveçin “Yurqorden” komandasındakı çıxışı barədə danışarkən deyib.
İsveç futboluna yaxından bələd olan veteran futbolçu 21 yaşlı forvardın oyunlarını izlədiyini bildirib: “Musanın çıxışının yaxşı alındığını düşünürəm. Fikrimcə, yavaş-yavaş yerli futbola uyğunlaşır”
Onun sözlərinə görə, klubun M.Qurbanlını tam dəstəkləməsi çox vacibdir: “Hamı başa düşür ki, Musa Azərbaycanda heç vaxt çətinlik çəkməyib. İndi isə tamam başqa mühitdədir, ailəsi, məşqçi atası yanında deyil. Artıq yeni komandasına uyğunlaşmağa başlayır”.
İ.Ponomaryovun sözlərinə görə, gənc futbolçu bu tempdə davam etsə, İsveç Liqası daha güclü çempionata keçmək üçün ona yaxşı tramplin olacaq”.
Qeyd edək ki, 1989-cu ildə “Norçöppinq” komandasının heyətində İsveç çempionu olmuş İqor Ponomaryov 2002/2003-cü illər mövsümündə bu ölkənin “Sirianska” klubunda baş məşqçi işləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]