İqor Qrosu: Moldova hələlik MDB-dən çıxmağı planlaşdırmır
Bakı, 2 aprel, AZƏRTAC
Moldova MDB çərçivəsində imzalanmış sazişlərin hamısından çıxmağı planlaşdırmır, çünki bu, respublika vətəndaşları üçün problemlər yaradacaq.
AZƏRTAC xəbər verir ki, Moldova parlamentinin və hakim partiyanın sədri İqor Qrosu bunu yerli radioya müsahibəsində deyib. Onun sözlərinə görə, yalnız vaxtı keçən və istifadə olunmayan müqavilələr denonsasiya olunacaq.
Moldova hökumətinin məlumatına görə, Kişineu MDB çərçivəsindəki 282 sazişin 119-dan çıxmağı planlaşdırır. Nazirlər Kabineti indiyədək 50-dən çox sazişdən çıxmaq üçün prosedurları tamamlayıb və MDB-nin İcra Katibliyi onlardan 36-nın hüquqi qüvvəsinin dayandırıldığını təsdiqləyib.
Qeyd edək ki, Avropa İttifaqına inteqrasiya kursu elan edən Maya Sandunun 2020-ci ildə keçirilən prezident seçkilərində qələbəsindən sonra Moldovanın MDB-yə münasibəti dəyişməyə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]