İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ BRİFİNQ
Şirkətin rəhbəri Hüseyn Arabulu obyektiv əməkdaşlığa dəvət edən nazir, qurumun əmlakına və bank hesablarına məhkəmənin qərarına əsasən həbs qoyulduğunu bildirmiş, məlumat vermişdir ki, “Barmek”in rəhbərliyi öz səlahiyyətlərini yerinə yetirmək istəmədiyi barədə ərizə yazmışdır. Dövlət tərəfindən yaradılmış komissiya öz işini davam etdirır.
H.Babayev qeyd etmişdir ki, “Barmek Holdinq A.Ş.” şirkəti “Bakelektrikşəbəkə” ASC-ni idarə etmək əvəzinə, səhmləri dövlətə yox, özəl bölməyə məxsus olan “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC yaratmış, Bakı Elektrik Şəbəkəsinin bütün aktivlərini və işçilərini həmin müəssisəyə keçirmişdir. Bununla da qurum idarəetmə əvəzinə şəbəkəyə sahiblik etmişdir. Belə hal nəzərdə tutulmamış müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur.
Nazir elektrik enerjisi ilə bağlı əhalinin narahatlığına heç bir səbəb olmadığını da bildirmiş və qeyd etmişdir ki, elektrik enerjisi ölkəmizdə istehsal edilir və istehlakçılara öz şəbəkələrimiz vasitəsi ilə çatdırılır.
Heydər Babayev “Barmek Holdinq A. Ş.”in investisiyalarla bağlı beynəlxalq məhkəməyə müraciəti ilə əlaqədar Azərbaycanın gördüyü tədbirlər barədə də geniş məlumat vermişdir. O demişdir ki, nazirlik tərəfindən qaldırılan iddia əsasında məhkəmənin ilk iclasi iyulun 11-də keçiriləcəkdir. Təhvil-təslimə qədər “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC öz fəaliyyətini davam etdirəcəkdir.
Heydər Babayev və müavini Mikayıl Cabbarov jurnalistlərin çoxsaylı suallarına ətraflı cavab vermişlər.