İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Respublikası Prezidentinin ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına dövlət qayğısının artırılması sahəsində qəbul etdiyi qərarların icrasını təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Naziriliyi kompleks tədbirlərin həyata keçirilməsini davam etdirir. Bu tədbirlər sırasında kiçik və orta sahibkarlığa dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi xüsusi əhəmiyyət kəsb edir. Nazirlik kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üçün biznes layihələrinin hazırlanmasında sahibkarlara kömək göstərilməsi məqsədi ilə “Biznes-planların hazırlanması” mövzusunda seminarlar keçirir.
Seminarlar adları qeyd edilən bölgələri əhatə etməklə aşağıdakı şəhərlərdə göstərilən cədvəl əsasında keçiriləcəkdir:
Bakı şəhəri - (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu) 23-24 sentyabr, saat 10.00.
Gəncə şəhəri - (Gəncə, Qazax, Ağstafa, Tovuz, Goranboy, Xanlar, Samux, Şəmkir, Gədəbəy, Daşkəsən) 25 sentyabr, saat 14.00.
Bərdə şəhəri - (Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Mingəçevir, Yevlax, Naftalan) 26 sentyabr, saat 14.00
Şəki şəhəri - (Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ) 27 sentyabr, saat 14.00.
Göyçay şəhəri - (Göyçay, Ağdaş, Ağsu, Kürdəmir, Ucar, Qobustan, Şamaxı, İsmayıllı, Zərdab) 28 sentyabr, saat 14.00.
Quba şəhəri - (Quba, Dəvəçi, Xaçmaz, Qusar, Siyəzən, Xızı) 30 sentyabr, saat 14.00
Əli Bayramlı şəhəri - (Əli Bayramlı, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar) 1 oktyabr, saat 14.00.
İmişli şəhəri - (İmişli, Saatlı, Sabirabad, Beyləqan, Füzuli) 2 oktyabr, saat 14.00
Masallı şəhəri - (Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı, Lənkəran) 3 oktyabr, saat 14.00.
Seminarda iştirak etmək arzusunda olanlar İqtisadi İnkişaf Nazirliyinə (əlaqə telefonu: 97-60-52, 95-75-56), eləcə də nazirliyin şəhər və rayon şöbələrinə müraciət edə bilərlər.