İqtisadiyyat naziri: Emal sənayesində əlavə dəyər 12,2 faiz artıb
Bakı, 1 iyun, AZƏRTAC
Ölkəmizdə sahibkarlıq subyektlərinin və müəssisələrin fəaliyyətinin təşviqi nəticəsində müxtəlif sahələr üzrə məhsul istehsalının artım templəri əhəmiyyətli şəkildə sürətlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qeyri-neft sektorunun inkişafında prioritet sahələrdən olan emal sənayesində bu ilin 4 ayında ötən ilin müvafiq dövrünə nisbətən əlavə dəyər 12,2 faiz, qeyri-neft emal sənayesində isə 22,6 faiz artıb.