İqtisadiyyat nazirinin müavini Xızıda vətəndaşlarla görüşüb
Bakı, 30 yanvar, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xızı şəhərində Xızı və Abşeron rayonlarından olan vətəndaşlarla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşə gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kredit, işlə təmin olunma və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib.
Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:23]
® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir
- 24.09.2026 [16:10]
® “Bakcell”də hədiyyə mövsümü başladı
- 24.09.2026 [16:01]