İqtisadiyyat Nazirliyinin əməkdaşları Tarix Muzeyində olublar
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də İqtisadiyyat Nazirliyinin əməkdaşlarının, xüsusilə gənclərin Milli Azərbaycan Tarixi Muzeyinə ziyarəti təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarət 20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Tədbirlər Planında nəzərdə tutulan tədbirlər çərçivəsində baş tutub. Nazirliyin əməkdaşları Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən qəhrəmanlarımızın, 20 Yanvar şəhidlərinin fotolarından ibarət sərgi ilə tanış olublar.