İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb
Bakı, 15 aprel, AZƏRTAC
Yanvar-mart aylarında iqtisadiyyatın neft-qaz sektorunda 31,4 min nəfər çalışıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3438,3 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 901,8 manat, özəl müəssisələrdə isə 996,5 manat olub.