Azərbaycan Dövlət İnformasiya Agentliyi

İradə Vəkilovanın jurnalistika məktəbi

İradə Vəkilovanın jurnalistika məktəbi

Bakı, 15 yanvar, AZƏRTAC

Gözəl jurnalist, istedadlı təşkilatçı, həssas və mehriban insan, çoxsaylı sənədli və elmi-kütləvi filmlərin müəllifi, Azərbaycanda ilk müstəqil informasiya agentliyinin əsasını qoymuş İradə Vəkilovanın dünyasını dəyişməsindən 20 il keçir. Bu məlahətli, enerjili, səmimi, özünə və başqalarına qarşı tələbkar olan xanım onu bircə dəfə də olsa görmüş, onunla ünsiyyətdə olmuş hər kəsin yaddaşında həmişəlik iz qoyurdu. “Vışka” qəzetinin baş redaktoru Mədinə Həsənova özünün “O, həyatı sevirdi” sərlövhəli məqaləsində İradə Vəkilovanı belə səciyyələndirir: “O, adı böyük hərflə yazılmağa layiq olan Jurnalist, İnsan, Mübariz Qadın idi”. İradə Vəkilova həqiqətən həyatsevər insan idi. Günün 24 saatını sevimli peşəsinə sərf edirdi. Öz məqalələrində onu təbliğ etdiyi doğma Vətəni, ətrafındakı insanları, öz ailəsini, doğmalarını və yaxınlarını sevirdi...

“Molodyoj Azerbaydjana” və “Vışka” qəzetlərində işlədiyi dövrdə bütün cəmiyyəti maraqlandıran aktual mövzuları və onlarda “gizlənmiş” problemləri açıqlamağı, bu problemlərin həlli yollarını tapmağı bacarırdı. Ona istər xidməti, istərsə də şəxsi xarakterli hər bir xahişlə müraciət etmək olardı. İradə Vəkilova istənilən vəziyyətdən çıxış yolu tapırdı, onun üçün bütün qapılar açıq idi, zəruri hallarda o, ən yüksək rütbə sahiblərinə də müraciət edə bilirdi.

İradə Vəkilova hələ yeniyetmə ikən dəhşətli bir faciə ilə - 1948-ci il Aşqabad zəlzələsi ilə üzləşib. İradə Musadzadənin (Vəkilov onun ərinin soyadıdır) ailəsinin demək olar ki, bütün üzvləri uçulmuş evin altında qalmışdı. Keçən il mən Aşqabadda keçirilən iki beynəlxalq forumda iştirak etmişəm. Həmin forumların tədbirlər proqramına şəhərin tarixi və görməli yerləri ilə, o cümlədən Köhnə Nisə adlanan məkanla tanışlıq da daxil idi. Bələdçimiz o dövrdən qalmış xarabalıqları göstərərək, həmin zəlzələ barədə məlumat verdikcə, mən İradə xanımın o dəhşətli oktyabr gecəsi ilə bağlı söhbətini xatırladım. İradə xanım söyləyirdi ki, o vaxt on minlərlə insan öz evlərinin xarabalıqları altında qalıb. O özü isə uçulmuş evin altında dırnaqları ilə balaca bir yol açaraq sağ qalmış qohumlarını, o cümlədən qardaşı Rafiqi xilas edib. Sonradan Rafiq Moskvaya köçüb, uzun illər boyu kosmik tədqiqatlar sahəsində çalışıb. Görünür məhz həmin vaxt İradə xanım çətinliklərdən qorxmamağı, həyatın sınaqlarına sinə gərməyi və istər peşəkar yaradıcılığı ilə, istərsə də ailəsi, yaxınları, səhhəti ilə bağlı, ilk baxışda ümidsiz vəziyyətlərdən çıxış yolu tapmağı öyrənib. Belə vəziyyətlər isə tez-tez yaranırdı. Lakin o, həmişə nikbin idi, bütün çətinliklərə qarşı mübarizə aparır və həmişə qalib gəlirdi... Öz təcrübəsini bizə - onunla işləyənlərə, bu gün özlərini İradə Vəkilovanın jurnalistika məktəbinin nümayəndələri hesab edən yetirmələrinə öyrədirdi. Biz ondan əzmkar olmağı, qarşıya qoyulmuş məqsədə doğru dönmədən irəliləməyi və həmin məqsədə nail olmağı öyrənirdik.

İradə Vəkilova ən aktual problemlərə dair publisistik məqalələr, oçerklər və esselər yazır, ən müxtəlif mövzularda reportajlar hazırlayır, müxtəlif peşələrin nümayəndələrindən müsahibələr götürürdü. Ona tanış olmayan mövzu yox idi, öz zəkası, qabiliyyəti və çalışqanlığı sayəsində bütün mövzuların öhdəsindən gəlirdi. İradə xanımın “Evimizin işığı” adlı kitabını vərəqlədikcə, bunu bir daha yəqin edirsən. Bu kitabda o, məsələn, gənclik illəri Bakıda keçmiş kosmonavt Vitali Jolobovdan “kosmik müsahibə” götürməsini xatırlayır. Bakılı jurnalistin “Salyut-5” orbital stansiyasından müsahibə götürməsi o illər üçün həqiqətən fantastik hadisə idi! İradə Vəkilova kosmonavtdan Azərbaycan səması üzərində uçarkən hansı hisslər keçirdiyini soruşur. V.Jolobov belə cavab verir: “Qafqaz səmasında hava çox buludludur. Bəzən yalnız Neft Daşları rayonunda Xəzərin sahil xəttinin bir hissəsi görünür. Kosmosdan Yer kürəsinə baxanda insanın qəlbində öz diyarınla, doğma yerlərlə bağlı incə duyğular yaranır. Mən Bakını, tələbəlik illərindəki dostlarımı, şanlı neftçiləri xatırlayıram, axı Azərbaycan Neft-Kimya İnstitutunda oxuduğum illərdə bu neftçilər arasında dostlarım çox olub”.

“Evimizin işığı” kitabında ən müxtəlif mövzulara həsr edilmiş bir-birindən maraqlı materiallar toplanıb. Bütün bu materiallarda elm və təhsil mövzusu üstünlük təşkil edir. İradə xanım illər boyu “Vışka” qəzetinin elm, mədəniyyət və təhsil şöbəsinin redaktoru olub, onun jurnalist ustalığı məktəbini keçmiş gənc jurnalistlər az olmayıb. Onun məşhur alimlər, Nobel mükafatları laureatları, Sosialist Əməyi qəhrəmanları, kosmonavtlar, həkimlər, yazıçılar və şairlər, Arkadi Raykin, Aleksey Batalov kimi görkəmli mədəniyyət xadimləri ilə müsahibələrini bir daha böyük maraqla oxuyuram.

Onun reportajları hətta bu gün də çox aktualdır. “Respublikanın dəniz darvazaları. Bakı limanının keçmişi və bu günü barədə reportaj” mənim diqqətimi daha çox cəlb etdi. 1967-ci ildə yazılmış bu reportajda İradə Vəkilova Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi üzrə bu gün həyata keçirilən möhtəşəm layihəni sanki irəlicədən görərək yazırdı: “Bakı buxtası şimaldan cənuba və qərbdən şərqə doğru Xəzərin ən mühüm tranzit magistralları qovşağıdır. Hələ ötən yüzilliyin (XIX əsrin) 50-60-cı illərində Bakı Şərq ölkələri ilə ticarət mərkəzi, Orta Asiyaya və Zaqafqaziyaya göndərilən sənaye və kənd təsərrüfatı məhsullarının yükaşırma məntəqəsi rolu oynayırdı. On doqquzuncu əsrin 70-80-ci illərində neft sənayesi inkişaf edir, neftin dəniz yolu ilə nəqlinin həcmi artır. Aydındır ki, Bakı dəniz limanının genişləndirilməsi zərurəti də artır. Xəzərdə və Volqada neft və quru yük daşıyan paroxodlar yelkənli gəmiləri tədricən aradan çıxarır, 1902-ci il iyulun 12-də Bakı Ticarət Limanının təşkil olunmasına təkan verir. Elə həmin vaxt gələcək limanın konturları: neftvuran maşınlar (nefti bir yerdən başqa yerə boşaltmaq üçün nasoslu kiçik gəmilər), quru yüklər üçün ağacdan tikilən anbar binaları yaranır”.

Mən bu məqaləni hazırlayan günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılış mərasimi keçirilirdi. Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. İradə xanım belə bir limanın aktuallığı və perspektivləri barədə 50 il bundan əvvəl (!) yazmışdı.

İradə Vəkilova yaradıcı insan idi, zamanın ruhunu tutmağı bacarırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində İradə xanım sənədlər və faktlar əsasında materiallar yazır, həqiqəti sübut edir, bu münaqişəni qızışdıranları hər iki xalqın nümayəndələrinin gələcəyi və taleləri barədə düşünməyə çağırırdı. Lakin İradə xanım anlayırdı ki, qəzet səhifələri Azərbaycanın ətrafında yaradılmış informasiya blokadasını aradan qaldırmaq iqtidarında deyil. Buna görə o, 1991-ci ildə respublikada ilk müstəqil informasiya agentliyi olan “AssA-İradə” agentliyini yaratdı. İradə Vəkilova müsahibələrinin birində həmin agentliyin necə yaradılması barədə sualın cavabında demişdi: “Müstəqil informasiya agentliyi yaradılmasına səbəb respublikamızın düşdüyü informasiya blokadasını aradan qaldırmağa kömək etmək arzusu idi. Bizim agentlik 1990-cı ilin axırlarında yaradılıb, ilk informasiya blokunu 1991-ci il martın 5-də təqdim etmişik. Çətin şəraitdə işləyirdik, əslində heç bir şəraitimiz yox idi. Binamız yox idi - evdə yazırdıq, əməkhaqqı yox idi - altı ay bir qəpik də məvacib almadan, yalnız jurnalist entuziazmı əsasında çalışırdıq. Həmin dövrdə bizə müəyyən qədər şübhə ilə yanaşırdılar - hər halda müstəqil, nəzarət edilməyən informasiya hazırlayırdıq. Çəkinmədən bizə kömək edən ilk təşkilat “Azərbaycan” Assosiasiyası oldu. Biz də ilk həmtəsisçimizə ehtiram əlaməti olaraq, agentliyimizi “AssA” adlandırdıq”.

İstedadlı və bacarıqlı təşkilatçı və jurnalist İradə Vəkilova çox qısa müddətdə gənclərdən ibarət kollektiv yaratdı. Bu kollektivin üzvlərinin əksəriyyəti xarici dilləri bilirdi. Agentliyin qarşısında beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda baş verən hadisələr, bu “qaynar nöqtə”də əslində nələr baş verməsi haqda, ümumiyyətlə, Qarabağın tarixi, həmçinin Azərbaycanda cərəyan edən siyasi, iqtisadi və sosial proseslər barədə məlumatlandırmaq vəzifəsi qoyulmuşdu. Kollektiv qarşıya qoyulmuş bütün vəzifələrin öhdəsindən gəlirdi. İradə xanım Moskvaya gedir, dünyanın aparıcı informasiya agentliklərinin və telekanalların Moskva büroları ilə əlaqə yaradır, onları Azərbaycana dəvət edir, onların səfərlərini təşkil edir, informasiya mübadiləsi barədə müqavilələr bağlayırdı.

İradə Vəkilova “33 plyus bir” adlı Beynəlxalq Qadın Jurnalistlər Klubunun keçmiş Sovet İttifaqından olan yeganə qadın nümayəndəsi kimi həmin klubun üzvlərinin Qazax rayonunun erməni işğalçılar tərəfindən yandırılmış və viran edilmiş Bağanis-Ayrum kəndinə səfərini təşkil etdi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlər 5 nəfərlik bir ailənin bütün üzvlərinin, o cümlədən 39 günlük körpənin diri-diri yandırıldığı Bağanis-Ayrumda erməni vandalların törətdikləri vəhşilikləri öz gözləri ilə gördülər.

“AssA-İradə” həm də Xocalı faciəsinin miqyası barədə dünyanı məlumatlandırmış ilk KİV idi. İradə xanım özü deyirdi: “Biz həqiqəti öyrənmək arzusunda olan bütün jurnalistləri öz vəsaitimiz hesabına dəvət etdik və bütün dünyadan gəlmiş 150 jurnalisti on gün ərzində qəbul etdik, onlar bu cinayətin bütün dəhşətlərini yazdılar və çəkdilər. Bir sözlə, bizim agentlik ictimaiyyətin dezinformasiyaya və dezoriyentasiyaya məruz qalmaması üçün əlindən gələni etdi”.

Həyatının son illərində İradə xanım həm də “Bakinski raboçi” qəzetinin baş redaktoru idi. Hər iki yaradıcı kollektivə bacarıqla rəhbərlik edirdi.

Müstəqil informasiya agentliyinin yaradılmasını İradə xanımın əsas işlərindən biri adlandırmaq olar. Lakin o, həm də gözəl ana olub, iki övlad böyüdüb. İradə xanımın oğlu Məmmədrza ixtisasca bioloqdur, hazırda Moskvada yaşayır və işləyir, iki övladı var. Qızı Rəna isə Bakıda həkim işləyir, anasının ocağının çırağını yandırır.

İradə xanım çox qısa müddət ərzində zamanla ayaqlaşan kollektiv yaratmağa nail oldu. Yorulmaq bilməyən bu yaradıcı insanın rəhbərliyi ilə kollektiv gecə-gündüz çalışır, bütün mümkün və ilk baxışda namümkün görünən üsullardan istifadə edərək informasiya toplayır və onu üç dildə - Azərbaycan, rus və ingilis dillərində abunəçilərə çatdırırdı. İlk vaxtlar informasiyanın ötürülməsi üçün teletaypdan istifadə edilirdi. Az sonra faksdan, daha sonra elektron poçtdan istifadə etmək imkanı yarandı. 1990-cı illərin əvvəlində internet yenicə yaranırdı, şəxsi elektron ünvanlar barədə hələ söhbət də yox idi, “sayt” sözünü isə ümumiyyətlə eşitməmişdik... Bütün bunlar XXI əsrə yaxın yarandı.

Bugünkü jurnalistikanı internetsiz, saytlarsız, press-relizlərsiz təsəvvür etmək çətindir... Amma o vaxt bütün bunlar yox idi, jurnalistin özünün etibarlı əlaqələri olmalı, o özünü doğrultmalı, səhih informasiya əldə etmək üçün etimad qazanmalı idi. Bütün bunlara necə nail olmağı isə İradə xanım hamıdan yaxşı bilirdi. Onun informasiya jurnalistliyi istedadı həqiqətən Allah vergisi idi və İradə xanım öz jurnalist nüfuzundan bacarıqla istifadə edirdi. Hamı, hətta ölkənin birinci şəxsi Prezident Heydər Əliyev də onu şəxsən tanıyırdı. İradə Vəkilova Prezident puluna (jurnalistlər qrupuna) daxil idi və ulu öndər Heydər Əliyevin xarici səfərlərində onu müşayiət edirdi. O vaxt internet yenicə yaranırdı. Lakin İradə xanım üçün qeyri-mümkün şey yox idi, o, operativ xəbər göndərmək üçün həmişə bir üsul tapırdı, günün istənilən vaxtında zəng vurub telefonla məlumat çatdıra bilirdi. Lakin ən maraqlı və məsuliyyətli məqam səfərdən qayıdandan sonra başlanırdı. Həqiqi informasiya jurnalisti kimi o, səfərin heç bir təfərrüatını diqqətdən kənarda qoya bilməzdi, jurnalistlərin iştirakı ilə keçirilmiş bütün görüşləri ictimaiyyətə çatdırırdı. Bu, müstəqil Azərbaycanın təşəkkül tapdığı, yeni iqtisadi siyasətin, o cümlədən neft strategiyasının formalaşdığı illər idi. Azərbaycana çox böyük maraq vardı. İradə xanım bütün mühüm hadisələri işıqlandırmağa çalışır və buna nail olurdu. Biz jurnalistlərdən bircə bu tələb olunurdu ki, o vaxt artıq yaranmış rəqiblərimizi qabaqlayaraq səhih informasiya əldə edək və onu abunəçilərə çatdıraq. İradə xanımın bizə keçdiyi məktəb sayəsində bu işin öhdəsindən gəlirdik. Axtarışlarımızın nəticəsi qəzet səhifələrində əks olunurdu: onlar “AssA-İradə” agentliyinin təqdim etdiyi xəbərləri dərc edirdilər. İradə xanım insanları dəyərləndirmək məsələsində çox səxavətli idi, jurnalistin əməyini layiqincə qiymətləndirməyi bacarırdı. Amma əlbəttə, qüsurlarımıza görə tənbeh də alırdıq... İradə xanım bizi yalnız irəliyə aparırdı.

Onun dünyasını dəyişməsindən 20 il keçir. Bu illər ərzində həmişə onun yeri görünür. Lakin ondan öyrəndiklərimiz işimizə çox kömək edir. Bu gün biz qürurla deyirik ki, İradə Vəkilovanın jurnalistika məktəbini nümayəndələriyik.

Laçın Sultanova

AZƏRTAC-ın müxbiri

“Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA