İQTİSADİYYAT
“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb
Moskva, 16 aprel, AZƏRTAC
Rusiyanın “İrAero” aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa müntəzəm aviareyslər açıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Çkalov” Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Bakıya və əks istiqamətə uçuşlar “Suxoy Superjet 100” təyyarələri ilə həftədə bir dəfə yerinə yetiriləcək. Nijni Novqoroddan uçuş cümə axşamı günləri saat 01:00-da olacaq və təyyarə Bakıya saat 05:00-da enəcək. Bakıdan uçuş isə çərşənbə günü saat 21:00-da, Nijni Novqoroda eniş saat 23:00-da həyata keçiriləcək.
Uçuş və eniş saatları hər iki şəhərin yerli vaxtı ilə yerinə yetiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]
Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib
- 30.04.2024 [11:16]
“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
- 30.04.2024 [10:57]