İrakli Kobaxidze: Ukrayna hakimiyyəti Gürcüstan ilə münasibətləri inkişaf etdirmək istəmir
Tbilisi, 11 sentyabr, AZƏRTAC
Ukrayna ilə Gürcüstan arasında baş verənlər ikitərəfli münasibətlərimizin inkişafına töhfə vermir. Bu, Ukrayna hakimiyyətinin qərarıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Ukrayna münasibətlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstan öz səfirini Ukraynadan geri çağırmayıb və Ukrayna səfirini ölkədən çıxarmayıb.
“Rəsmi Kiyev isə öz səfirini geri çağırıb. Bunun da əsas iki səbəbi var. İlk növbədə bu, Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyimizə və Ukraynaya hərbi könüllülər göndərmədiyimizə görədir. Biz onların istəyi ilə ikinci cəbhəni açmalı idik, amma açmadıq. Bu da onların xoşuna gəlmədi. Bundan sonra da olanlar münasibətlərimizin inkişafına töhfə vermədi. Bu, Ukrayna hakimiyyətinin qərarıdır”, - deyə İrakli Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]