İran neftinin tədarükü üçün alternativ yollar axtarılır
Bakı, 28 aprel, AZƏRTAC
Hörmüz boğazının bağlanması ilə İrana məxsus nəhəng neft tankerləri Çabahar limanı sahillərində gözləyir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, peyk görüntüləri və “Windward” dəniz kəşfiyyatı şirkətləri tərəfindən aparılan təhlillərə görə, 6-8 supertanker Fars körfəzinin xaricində, Çabahar limanı sahillərində ABŞ blokadasının sərhədində boş dayanır.
“Vortexa Ltd.”nin məlumatlarına görə, təxminən 155 milyon barel İran xam nefti hazırda dünya miqyasında tranzitdə və ya tankerlərdə gözləyir.
Mütəxəssislərin fikrincə, quruda yerləşən anbarların və limanlarda tankerlər tamamilə dolması ilə İran neft quyularını bağlamaq məcburiyyətində qala bilər.
İran ixrac kanallarını genişləndirmək üçün 20-30 illik tankerləri yenidən işə salır. Gəmi izləmə məlumatlarına görə, 3 ildir heç bir yük daşımayan 30 illik supertanker “Nasha” ötən həftə yenidən siqnal verməyə başlayıb. İki milyon barel tutumu olan nəhəng tanker İranın əsas ixrac bazası olan Hark adasına doğru hərəkət edib.
Qeyd edək ki, Hörmüz boğazının bağlanması qlobal neft tədarükünün təxminən 20 faizinə təsir edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]