Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası olub YENİLƏNİB

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova gündəliyə on iki məsələnin daxil edildiyini bildirib. O, gündəliyin ilk üç məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb.

Gündəliyin birinci məsələsi - Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov məlumat verib. O qeyd edib ki, əvvəlki oxunuşlarda layihədə heç bir dəyişiklik aparılmayıb. Sənəddə aviasiya heyətinin iş və istirahət rejimlərinin beynəlxalq standartlara uyğun tənzimlənməsi təklif olunur.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ barədə komitəsinin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Texniki tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O bildirib ki, qanun layihəsi ilə bağlı əvvəlki oxunuşlarda ətraflı məlumat verilib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Üçüncü məsələ - “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklərlə bağlı əvvəlki oxunuşlarda ətraflı fikir mübadiləsi aparılıb və mətn olduğu kimi qalır. Layihədə icra prosesi zamanı tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyən edilir. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti beş məsələsi ikinci oxunuşda olan qanun layihələridir və dördüncü məsələ - “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramova təqdim edib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələ - “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumatı da Vüqar Bayramov təqdim edib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri diqqətə çatdırıb ki, dəyişikliklərdə ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi və məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəli ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsi təsbit edilir. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələ - “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edib. Komitə sədri qeyd edib ki, layihə birinci oxunuşda ətraflı müzakirə olunub, sənəddə dəyişiklik aparılmayıb. Dəyişikliklər ətraf mühitə təsirlərə davamlı nəzarətin gücləndirilməsinə və ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsinə xidmət edir. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin səkkizinci məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən (ikinci oxunuş) bəhs edib. Dəyişikliklərin əsas məqsədi küləkli hava şəraitində həm açıq iş yerlərində işin dayandırılmasını, həm də müasir yükqaldırıcı qurğuların texniki imkanları nəzərə alınmaqla istismarını tənzimləməkdir. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəlikdəki növbəti 4 məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) mahiyyətini diqqətə çatdırıb.

Qeyd olunub ki, sənəd Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin diplomatik missiya və ya müvafiq xüsusi missiya ilə ölkəmizə səfər edən şəxslərin 15 gündən artıq Azərbaycan Respublikasında müvəqqəti olduğu hallarda qeydiyyatının həyata keçirilməsini nəzərdə tutur.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Prosessual Məcəllədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, təklif edilən dəyişikliklərin böyük bir qismi aidiyyət institutu ilə bağlıdır. Qanun layihəsində "məhkəmə aidiyyəti" və "ərazi aidiyyəti" arasındakı sərhəd konkretləşdirilir, hər iki aidiyyət növü üzrə mübahisələrə məhkəmələrdə baxılması, şikayət, apellyasiya, kassasiya şikayətlərinin verilməsi qaydaları ətraflı əks olunaraq sistemli şəkildə tənzimlənir. Xüsusilə diqqət çəkən məqamlardan biri ərazi aidiyyətinin pozulması səbəbindən birinci və apellyasiya məhkəməsinin qərarının ləğvinin qadağan edilməsidir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda Azər Badamov “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (birinci oxunuş) bəhs edib. Qeyd olunub ki, "keyfiyyət göstəriciləri" anlayışı xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçüləbilən və yoxlanılabilən meyarları ehtiva edir və tənzimləmənin predmetini daha dəqiq əks etdirir. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Əli Hüseynli Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.

Nəzərə çatdırılıb ki, qanun layihəsinin əsas məqsədi ölkə ərazisində dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarının tənzimlənməsi sahəsində mövcud qanunvericilik bazasının təkmilləşdirilməsidir. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub

Vladimir Putin: Təbii qaza qlobal tələbat ildə 5,5 trilyon kubmetrə qədər arta bilər

AQEM rəsmisi : Azərbaycanın sədrliyi dövründə insan amilinə xüsusi diqqət yetirilib

Gəncədə fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət satış-sərgi keçirilib

Belçika atom elektrik stansiyalarını milliləşdirməyə hazırlaşır

Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır

Professor İlham Məmmədzadə süni intellektin fəlsəfi aspektlərə təsirindən danışıb

Dünyəvilik və İslam dəyərlərinin vəhdəti Azərbaycanın qlobal körpü rolunu gücləndirir - ŞƏRH

UNESCO üzrə Macarıstan Milli Komissiyasının prezidenti: Süni intellekt insan yaradıcılığını heç vaxt əvəz edə bilməz

Vəkillər probasiya qeydiyyatında olan daha 18 məhkuma hüquqi yardım göstəriblər

Baş nazir Əli Əsədov İƏT-in Baş katibi ilə görüşüb

Fransada 3 polis 6 il əvvəl ölən şəxslə bağlı məhkəmədə cavab verəcək

ADY rayonlararası sərnişin daşınması üçün Çindən daha 4 qatar alır

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Naxçıvanda tikinti-quraşdırma işlərinə investisiya qoyuluşu 42 faizə yaxın artıb

Yılmaz Özkaya: Cədidçilik hərəkatı mədəniyyətlərarası dialoqun tarixi təcrübəsidir

Azad edilmiş ərazilərdə yaradılacaq memorial komplekslərin ən böyüyü Ağdamda olacaq

İstanbulda keçiriləcək beynəlxalq film festivalının açılışı “Aytmatov” filmi ilə olacaq

Coşkun Yılmaz: Texnoloji transformasiya mədəniyyətlərarası dialoq üçün yeni imkanlar və məsuliyyətlər doğurur

Migel Anxel Moratinos Avropada islamofobiyanı “metastaz” ilə müqayisə edib

Astarada 9 ayda 44,5 milyon manatlıq sənaye məhsulu istehsal edilib

Arif Əsədov: Arsen Venger dünya çempionatının təşkilatçılığından razı qalıb

Xüsusi nümayəndə: Ağdam Cümə məscidinin bərpası Azərbaycanın mədəni irsə münasibətini nümayiş etdirir

Natia Şamatava: Mədəniyyət bir-birimizi daha yaxşı anlamağa və beynəlxalq əməkdaşlığı gücləndirməyə imkan yaradan mühüm vasitədir

Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Şəhid Ümman Əmiraslanovun ailəsi ziyarət olunub

Emin Hüseynov: Qarabağda dağıntıların miqyasını sözlə ifadə etmək çox çətindir

Fransalı deputat irqçi hücumla bağlı parlament istintaq komissiyasının yaradılmasını təklif edib

Leyla Musayeva: Turizmin inkişafı Xınalığın mədəni irsinin qorunmasına töhfə verir

Uqandada turizmdən əldə olunan gəlirlərin 20 faizi yerli icmalara qaytarılır

İvo Yosipoviç forum iştirakçılarını Qarabağı ziyarət edərək, oradakı inkişafla tanış olmağa çağırıb

Çinin səfiri: Süni intellekt və yeni sosial media sivilizasiyalararası dialoq üçün geniş imkanlar açır

Azərbaycan Vyanada maliyyə böhranlarının idarə olunması üzrə beynəlxalq təlimdə təmsil olunub

İsraildə seçici fəallığı səsvermə müddətinin uzadılmasına səbəb olub

Jurnalistlərin rəqəmsal savadlılığı artırılır

Akademik Forumun ikinci panel iclası: mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası

Enerji saxlama texnologiyaları ilə bağlı Türkiyə və Yunanıstanın təcrübələri Afinada müzakirə edilib

Sanja Vlaisavljevic: Süni intellektdən istifadə bərabər imkanların təmin edilməsinə xidmət etməlidir

“Qızıl top”un Azərbaycan təmsilçisi: Harri Keynin seçilməsində ədalətsizlik görmürəm

Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb

Türk mütəxəssis: Süni intellektdən sonra oyun sənayesində nə baş verəcəyini bilmirik

“Sumqayıt” – “Şəfa” matçının keçiriləcəyi stadion müəyyənləşib

BMT-nin xüsusi elçisi: Azərbaycanın azad edilmiş ərazilərində gördüyüm dağıntılar tamamilə dəhşətli idi

AASSA-nın prezidenti: Mədəniyyətlərarası dialoqun əsasında mənəvi bərabərlik və qarşılıqlı hörmət dayanır

Səlim bin Məhəmməd əl-Malik: ICESCO Qarabağdakı vəziyyətlə bağlı iki hesabat hazırlayıb

BMT QAK qış ərəfəsində Ukraynada köçkünlüyün artması barədə xəbərdarlıq edir

Almaniya Prezidentinin Çinə 5 günlük səfəri başlayıb

Dövlət Turizm Agentliyinin sədri: Turizm hər kəs üçün bərabər imkanlar yaratmalıdır

Migel Anxel Moratinos: Müharibənin qarşısını almaq üçün sülh mədəniyyəti yaratmaq lazımdır

Yerli xalqların turizmi: mədəni irsin qorunması və davamlı sülhün təşviqi

Serbiyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

“Kəşmirin Qara Günü”: Pakistanın Bakıdakı səfirliyində tədbir

Avropada iqlim risklərinə qarşı dayanıqlılıq gücləndirilir

Çin Yaxın Şərqə xüsusi nümayəndə göndərir

Sudanlı nazir: Zəngin mədəni irsimizin dünyaya tanıdılmasına çalışırıq

Azərbaycan Kuboku: “Araz-Naxçıvan” və “Marafon” 1/8 final mərhələsində

Fateh Mansouri: Mədəniyyətlərarası dialoq ədalət və bərabər iştirak prinsipləri ilə tamamlanmalıdır

Marina Novelli: Qeyri-müəyyənlik dövründə etik turizm ümumi məsuliyyətimizdir

Bakıda arıçılıq məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

Ruandalı nazir: Süni intellekt mədəni irsə çıxış imkanlarını genişləndirmək üçün diqqətəlayiq imkanlar yaradır

Danimarkanın Baş naziri Norveç və Finlandiyanın Putinlə danışıqlarını tənqid edib

Səadət Yusifova: Mədəniyyətlərarası dialoqun elmi əsaslarla araşdırılması xüsusi əhəmiyyət daşıyır

Fuad Nağıyev: Turizm xalqlar arasında qarşılıqlı anlaşmanın və sülhün möhkəmlənməsinə xidmət edir

Çin Avropa İttifaqını bazar iqtisadiyyatına hörmət etməyə çağırıb

Böyük Britaniyada hərbi aviabazanın yaxınlığında baş verən insidentlə bağlı 2 nəfərə ittiham irəli sürülüb

Dosent: Bakı beynəlxalq dialoq və çoxtərəfli diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçib

İranın Ali Lideri müharibəyə son qoymaq üçün Tehranın şərtlərinin yerinə yetirilməsini təmin etməyə çağırıb

Nazir müavini: Mədəniyyətlərarası dialoqun inkişafında elm və təhsil mühüm rol oynayır VİDEO

Nazir müavini: Mədəniyyətlərarası dialoqun inkişafında elm və təhsil mühüm rol oynayır VİDEO

İsa Həbibbəyli: Azərbaycan mədəniyyətlərarası dialoqun dayanıqlı modelini dünyaya təqdim edir VİDEO

İsa Həbibbəyli: Azərbaycan mədəniyyətlərarası dialoqun dayanıqlı modelini dünyaya təqdim edir VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

Fransada gözyaşardıcı qazların qadın sağlamlığına təsirinin araşdırılması tələb olunur

ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb VİDEO

Türkiyə xarici işlər nazirinin müavini Məkkə Müdafiə Sazişini ölkə parlamentinə təqdim edib

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr - ADPU-da konfrans

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəni irsin bərpası müzakirə olunur

Yernur Rısmaqambetov: Tamaşaçılar filmlərdə özlərinə yaxın olan insanları görmək istəyirlər

“Hakimlərin Etik Davranış Kodeksi” yeni redaksiyada qəbul edilib

Çexiyada qətlə görə məsuliyyətə cəlb edilmə müddətinin ləğvi təklif olunur

Turizm, bərabərlik və sülh: VII Dialoq Forumunda panel sessiya

AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumun açılışı olub VİDEO

AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumun açılışı olub VİDEO

Salyanda ailə faciəsi: Ana öldürüldü, ata və gəlin yaralandı - YENİLƏNİB

Baş Prokurorluq və IACA arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Britaniyada hökumətin xəbərdarlığından sonra konservləşdirilmiş qida və radio satışları kəskin artıb

Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır

Azərbaycanlı alim beynəlxalq konqresdə süni intellektin tibdə etik aspektlərindən danışıb

Rusiyanın enerji gəlirləri neft emalı obyektlərinə dron hücumları fonunda kəskin şəkildə aşağı düşüb

Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb

ADPU Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanın İƏT-ə üzvlüyünün 35 ili İslam həmrəyliyi baxımından mühüm mərhələdir RƏY

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB

Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub

Çin alimləri su qıtlığına qarşı yeni strategiya təklif ediblər

Niderland şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanları nəzərdən keçirilib

Azərbaycan BƏƏ-nin dövlət nazirinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır

Rusiya Prezidenti Norveç və Finlandiya liderləri ilə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə edib

Alif Paramardhika Putera: Azərbaycan və İndoneziya musiqisi arasında oxşarlıqlar var

Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edəcək