SİYASƏT
İran nümayəndə heyətinin Azərbaycana səfəri yerli KİV-in diqqət mərkəzindədir
Tehran 8 avqust (AZƏRTAC). İRNA, Fars, Mehr xəbər agentliklərinin saytlarında və Tehran Times qəzetində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Bakıda keçirilmiş iclası barədə materiallar yer alıb.
Bununla bağlı xəbərlərdə qeyd olunur ki, hər iki dövlət daha geniş şəkildə əməkdaşlıq etmək üçün böyük potensiala malikdir. İclasda bu potensial nəzərdən keçirilib və iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində konkret qərarlar qəbul edilib.
KİV-lər İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsini və səmimi söhbət aparmasını xüsusi vurğulayırlar. Həmçinin diqqətə çatdırırlar ki, İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran