Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRAN PREZİDENTİ MAHMUD ƏHMƏDNEJADIN BƏYANATI

- Bismillahir-rəhmanir-rəhim!

Çox şadam ki, bu gün burada vaxtilə aramızda razılıq əldə olunmuş layihənin – qazın verilməsi ilə bağlı təntənəli açılış mərasimində iştirak etmək mənə nəsib olub və iştirak edirəm. Mənim əziz dostum, qardaşım, hörmətli cənab Prezident İlham Əliyev qeyd etdi ki, bizim münasibətlərimiz çox yaxşı inkişaf edir və bu əlaqələrin yaxşı əsası, təməli qoyulubdur.

Azərbaycanın inkişafı, müstəqilliyi və başucalığı İranın inkişafı, müstəqilliyi və başucalığı deməkdir. Biz həmişə Azərbaycan dövlətinin sevincli və qəmli günlərinə şərik olacağıq. Amma ümidvarıq və arzu edirik ki, Azərbaycan dövlətinin, xalqının qəmli günləri heç bir vaxt olmasın. Mənim əziz dostum, qardaşımla çox yaxşı müzakirələrimiz, danışıqlarımız oldu. Biz münasibətlərimiz haqqında bir daha danışıqlar apardıq və indiyə qədər imzalanmış, razılaşdırılmış layihələr və məsələlər ətrafında fikir mübadiləsi edib, bunları bir daha gözdən keçirdik. Münasibətlərimizi gələcəkdə daha da inkişaf etdirmək məsələlərinə də toxunduq. Nəqliyyat sahəsində əlaqələri inkişaf etdirmək məsələsindən başlayaraq, energetika, qaz və neft, mədəniyyət, elm sahələrində əməkdaşlığı genişləndirmək, siyasi sahədə ikitərəfli və beynəlxalq səviyyədə münasibətləri genişləndirmək və digər məsələləri bir daha müzakirə etdik.

Mən bir daha əmin oldum ki, bizim münasibətlərimiz yaxşı təməl üzərində qoyulub və inkişaf edir. Çox şadıq ki, münasibətlərimiz yaxşı təməl üzərində qurulubdur. Qətiyyətlə bir daha qeyd etmək istərdim ki, dost, qardaş Azərbaycanla münasibətlərimizin bütün sahələrdə inkişafı üçün heç bir məhdudiyyət qoymuruq.

Neft, qaz, energetika sahəsində əməkdaşlıq və bu sahələrdə ikitərəfli münasibətlərdən də kənara çıxaraq, çoxtərəfli münasibətlər qurmaq sahəsində də fikir mübadiləsi apardıq. Belə qərara gəldik ki, yaxın gələcəkdə dövlətlərarası müştərək komissiyanın fəaliyyətini gücləndirək və yaxın gələcəkdə onun növbəti iclasları keçirilsin. Xarici işlər nazirlərimizə tapşırıq verildi ki, bütün məsələləri nəzarət altında saxlasınlar və bunların icra olunmasını sürətləndirsinlər. Belə qərara gəldik ki, Azərbaycanda mənim dostum, qardaşım cənab Əliyev və İranda mən indiyə qədər razılığa gəldiyimiz məsələlərin icrasına özümüz də birbaşa nəzarət edək. İndiyə qədər razılıq əldə etdiyimiz məsələlərin icrası iki qardaş xalq arasında və şəxsən cənab Əliyevlə mənim aramda dostluğun inkişafının daha da möhkəmlənməsinin bir təminatıdır.

Naxçıvana təbii qaz verilməsi münasibətilə Naxçıvan əhalisinə, rəhbərliyinə, bütün Azərbaycan xalqına və dövlətinə təbrik sözlərimi çatdırıram. Mən belə hesab edirəm ki, bizim görüşümüz o zaman həyata keçirilir ki, razılaşdırılmış məsələ icra mərhələsinə gəlib çatır. Səmimi, mehriban qarşılanmaya görə əziz dostum, qardaşım cənab Əliyevə və onun əməkdaşlarına böyük təşəkkürümü bildirirəm.

İkitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafı, əməkdaşlığımızın daha da genişlənməsi dost, qardaş xalqlarımızın mənafeyinə və eyni zamanda regionda sülhün, əmin-amanlığın bərqərar olunmasına xidmət edir. Arzu edirəm ki, bu xoşniyyətli fikirlərimiz tezliklə həyata keçirilsin və iki dost, qardaş xalqın mənafeyinə, rifahına xidmət etsin. Təşəkkür edirəm.

X X X

Sonra Prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

- Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevə və İran Prezidenti cənab Mahmud Əhmədinejada salamlarımı yetirirəm. Sualım hər iki prezidentədir. Azərbaycan-İran münasibətlərinin iqtisadi, siyasi sahədə indiki vəziyyətini və gələcək inkişafını necə qiymətləndirirsiniz?

İLHAM ƏLİYEV: Bizim aramızda olan əlaqələr çox yüksək səviyyədədir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra İranla Azərbaycan arasında olan əlaqələr sürətlə inkişaf edir və bu gün çox yüksək zirvəyə gəlib çatıbdır. Siyasi əlaqələrimiz güclənir və qısa müddət ərzində prezidentlərin iki görüşünün keçirilməsi bunun əyani təzahürüdür. Müxtəlif qurumlar bir-biri ilə sız əlaqə saxlayır, nazirlər, məclis üzvləri, digər vəzifəli şəxslər çoxlu səfərlər edirlər. Ümid edirəm ki, gələcəkdə bu meyillər davam edəcəkdir.

Onu da qeyd etmək istəyirəm ki, İran bütün dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir və bütün beynəlxalq təşkilatlarda bizim mövqeyimizə səs vermişdir. Biz buna görə İran rəhbərliyinə minnətdarıq.

İqtisadi sahədə də uğurlar göz qabağındadır. Müştərək komissiya səmərəli işləyir və bu gün qeyd etdiyimiz hadisə – İrandan Naxçıvana təbii qazın verilməsi məhz iqtisadi, eyni zamanda siyasi əlaqələrimizin bariz nümunəsidir. Adətən, dünya praktikası onu göstərir ki, belə böyük layihələr, onların icrası bir neçə il aparır. Amma bizdə bu, sadəcə olaraq, bir il ərzində baş verdi. Bu onu göstərir ki, burada həm siyasi iradə var, eyni zamanda iqtisadi maraqlar var. Bütün bu amillər bir yerdə olanda, əlbəttə, ölkələr arasında əlaqələr daha da möhkəmlənir və bu, bizim maraqlarımıza cavab verir.

Gələcək əməkdaşlığa gəldikdə isə, mən bu əməkdaşlığa çox böyük nikbinliklə və ümidlərlə baxıram. Mən əminəm ki, möhkəm təməl üzərində qurulmuş əlaqələr gələcəkdə də davam edəcək, möhkəmlənəcək və iki xalqın maraqlarına cavab verəcəkdir.

MAHMUD ƏHMƏDİNEJAD: Mənim bu suala cavabım Sizin dediklərinizlə eynidir. Elə mənim cavabım da belə ola bilərdi.

- Mənim sualım hər iki prezidentədir. Cənab prezidentlər, Azərbaycanla İran arasında münasibətlər inkişaf etməkdədir. Artıq siz bu münasibətlərin iqtisadi perspektivləri barədə danışdınız, siyasi məsələlərə də toxundunuz. Azərbaycan və İran xalqları arasında çox böyük qədim, mədəni ənənələr mövcuddur. Bu baxımdan xalqlarımızın mədəni, humanitar əlaqələrinin perspektivləri barədə nə deyə bilərsiniz?

MAHMUD ƏHMƏDİNEJAD: Mən bu sahədə əməkdaşlığı belə qiymətləndirərdim: iki dost, qardaş xalq arasında əməkdaşlıq iki qardaş arasında olan münasibətlərin nümunəsidir. Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik. Bu əməkdaşlığımız hər iki dost, qardaş xalqın, hər iki dost, qardaş dövlətin mənafeyinə xidmət edir. Bu münasibətlərin inkişafı eyni zamanda regionda sabitliyin, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.

O ki qaldı, humanitar və mədəni əlaqələrin inkişafına, bunu deyə bilərəm ki, biz hörmətli cənab Prezidentlə də fikir mübadiləsi apardıq və bu məsələnin üzərində xüsusi dayandıq. Belə qərara gəldik ki, mədəniyyət, incəsənət sahəsində münasibətlərimizi, əlaqələrimizi daha da inkişaf etdirməliyik. Ayrı-ayrı incəsənət qrupları, idmançılar qarşılıqlı surətdə tədbirlər, yarışlar, ədəbi gecələr keçirməlidirlər. Bu, əməkdaşlıq münasibətlərimizi daha da möhkəmləndirməlidir.

Hörmətli həmkarım, cənab Prezident çox yerində qeyd etdi ki, bizim münasibətlərimiz o qədər möhkəmlənməlidir ki, heç kəs bu münasibətlərə xələl gətirə bilməsin. Bu, həqiqətən də belə olacaqdır. Bizim münasibətlərimiz əsil dost, qardaş münasibətləridir. Biz bir-birimizin xoş günlərinə sevinmişik, kədərli günlərində isə kədərlənmişik. Hər iki xalq kədərli günlərində həmişə qarşılıqlı surətdə bir-birinə əl uzadıb, lazımi kömək və yardım göstəribdir. Amma qeyd etməliyəm ki, sevincli günlərimiz daha çox olub, həmin günlərə daha çox sevinmişik.

İLHAM ƏLİYEV: Mən qeyd etmək istəyirəm ki, biz bu barədə çox ətraflı söhbət etdik. Belə bir fikrə gəldik ki, aramızda olan əlaqələr bu sahədə və bütün başqa sahələrdə çox xüsusi xarakter daşıyır. Elə ölkələr var, məsələn, onları ya hansısa müvəqqəti, yaxud da uzunmüddətli maraqlar birləşdirir, hansısa konkret layihələr birləşdirir. Amma bizim ölkələrimizi həm də çox dərin tarixi köklər birləşdirir. Qədim mədəniyyət əlaqələri birləşdirir. Xalqlarımızın bir-birinə olan sevgi-məhəbbəti birləşdirir. Bu, çox möhkəm təməldir. Bu möhkəm və sağlam təməl üzərində ikitərəfli əlaqələr qurulur, möhkəmlənir və inkişaf etdirilir. Ona görə bizim mədəniyyət, humanitar sahələrdə olan əlaqələr mədəniyyətimizin bir hissəsidir.

Bizim xalqlar qardaş xalqlardır və bu qardaşlıq indi də möhkəmlənir, davam etdirilir. Əminəm ki, gələcəkdə bütün sahələrdə - siyasi, iqtisadi, mədəni və başqa sahələrdə əməkdaşlığımız güclənəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub