İran yenidən İsrailə hava zərbələri endirib VİDEO
Qahirə, 7 iyun, AZƏRTAC
İran İslam Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbələri endirməyə başlayıb. İran tərəfi hava zərbələrinin İsrailin Livanın cənubunda yenidən keçirdiyi hərbi əməliyyatlara cavab olaraq etdiyini bildirib. Bu, tərəflər arasında aktiv əməliyyatların dayandırılmasından sonra edilən ilk birbaşa zərbədir.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, SEPAH hava zərbələrinin bir həftə davam etdirə biləcəyini bildirib.
Eyni zamanda, İsrail tərəfi İrandan atılan dördüncü raket dalğasını dəf etmək üçün hava hücumundan müdafiə sistemlərini işə salıb. Hayfada xəbərdarlıq siqnallarını səslənir.
İordaniya səmasında da HHM sistemləri işə düşüb.
İranın dini lideri Xameneyinin hərbi məsələlər üzrə müşaviri bildirib ki, Livana təcavüz dayandırılmalıdır.