İranda koronavirusdan ölənlərin sayı 40 minə yaxınlaşıb
Tehran, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-na olan məlumata görə son 24 saat ərzində İranda 10 min 339 nəfər koronavirusa yoluxub, 453 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 703 min 288 nəfər, ölənlərin sayı isə 39 min 202-yə çatıb.
Müalicəsi davam edən 5 min 584 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 530 min 694 xəstə isə sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]