İranın Azərbaycandakı səfirliyi Bərdənin raket atəşinə tutulmasını sərt şəkildə pisləyib
Bakı, 29 oktyabr, AZƏRTAC
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ermənilərin Bərdə şəhərini raket atəşinə tutmasına və nəticədə mülki insanların həlak olmasına münasibətini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, səfirliyin açıqlamasında Azərbaycanın mülki obyektlərinin vurulması və insan tələfatını sərt şəkildə pisləyir və buna son qoyulmasını tələb edir.
İran səfirliyi hesab edir ki, mülki şəxslərə qarşı həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də hərbi cinayətdir.
Səfirlik həlak olanların yaxınlarının dərdinə şərik çıxdığını və onlara dərin hüznlə başsağlığı verdiyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [20:55]
Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub VİDEO
- 28.08.2026 [19:25]
Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb
- 27.08.2026 [19:21]
Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
® Beynəlxalq səviyyəli cərrah
- [19:10]
® PR və onun əsasları
- [17:45]