İRANIN BƏM ŞƏHƏRİNDƏ YENİDƏN ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
İRNA agentliyindən AZƏRTAC-a daxil olmuş xəbərdə bildirilir ki, İranın Bəm şəhərində yenidən zəlzələ baş vermişdir. Tələfat haqqında məlumat yoxdur. Tehran Universitetinin geofizika mərkəzinin məlumatına görə fevralın 13-də yerli vaxtla saat 17.02 dəqiqədə təbii fəlakət rayonunda yeraltı təkanların gücü Rixter cədvəli üzrə 4,3 bal olmuşdur.