İRANIN CƏNUB-QƏRBİNDƏ 12 YERALTI TƏKAN QEYDƏ ALINMIŞDIR
AZƏRTAC-ın Tehrandan aldığı xəbərə görə, İranın cənub-qərbində yerləşən Xüzistan əyalətinin əhalisi səksəkə içindədir. İze və Məscidi Süleyman şəhərlərinin sakinləri evlərinə qorxa-qorxa girir və onları mümkün qədər tez tərk etməyə çalışırlar. Bunun da səbəbi evlərin divarlarını silkələyən, pəncərə şüşələrini titrədən fasiləsiz yeraltı təkanlardır.
İranın bu bölgəsində yanvarın 6-da səhər tezdən qaranlıq düşənədək Rixter cədvəli ilə 3,2-4,8 bal gücündə 12 yeraltı təkan qeydə alınmışdır. Zərərçəkən yoxdur, lakin çiy kərpicdən tikilmiş bəzi evlər təkanlara tab gətirməyərək, dağılmağa başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]