İranın Qərbi Azərbaycan vilayətinin valisi Naxçıvana səfər edəcək
İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
Səfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə həyata keçiriləcək.
Səfər çərçivəsində Q. Səadət Ali Məclisin sədri ilə görüşəcək. Görüşdə İranın Qərbi Azərbaycan vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrinin genişləndirilməsi və perspektivləri məsələləri müzakirə ediləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]