İRANIN SƏDDAM HÜSEYNƏ QARŞI İDDİALARINA MƏHKƏMƏ PROSESİ GEDİŞİNDƏ BAXILACAQ
İraq Prezidenti İran məhkəmə hakimiyyətinin rəhbəri ayətullah Mahmud Haşimi-Şəhrudi ilə görüşdə demişdir: “İranın ittihamnaməsi məhkəmə istintaqının gündəliyinə daxil ediləcəkdir. İranın təqdim etdiyi sənədlərə və Səddam rejiminin cinayətlərinə dair faktlar üzrə iddialara mövcud beynəlxalq hüquq normalarına müvafiq surətdə baxılacaqdır. İraqla silahlı münaqişə zamanı İrana vurulmuş maddi və mənəvi zərərə də qiymət veriləcəkdir”.
Xatırladaq ki, İran sabiq İraq başçısını bəşəriyyətə qarşı cinayətlərdə, hərbi cinayətlərdə, kütləvi qırğınlarda və 1980-88-ci illər İran-İraq müharibəsində silahların qadağan olunmuş növünün - kimyəvi silahın tətbiqində təqsirləndirir. İranın məhkəmə hakimiyyəti orqanları bütün bu iddiaları sistemləşdirərək, İraq hökumətinə çatdırmaq üçün İran XİN-ə vermişlər.
İran mənbələrinin hesablamalarına görə, İslam Respublikasının silahlı münaqişə illərində ona vurulmuş maddi və mənəvi zərərə görə azı 300 milyard dollar məbləğində təzminat tələb etməyə haqqı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]