İranla nüvə proqramına dair danışıqlar yenidən aparılacaq
Vyana, 2 aprel, AZƏRTAC
Aprelin 6-da Vyanada İranın nüvə proqramını dinc məqsədlər üçün istifadəsinə dair sazişlə bağlı İran və “beşlik“ (Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya) ölkələrinin nümayəndələri arasında görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, danışıqların yenidən keçirilməsinə dair razılıq əldə olunub. Diplomatik mənbələrin verdiyi məlumata əsasən, İran tərəfi ABŞ-ın birbaşa danışıqlar imkanını istisna edib.
Ekspertlər səviyyəsində keçirilməli olan Vyana danışıqlarına bəslənən ümidlər böyükdür. 2018-ci ilin may ayında Tramp administrasiyası ABŞ-ın İranın nüvə proqramından dinc məqsədlər üçün istifadəsini nizamlayan Hərtərəfli Birgə Fəaliyyət Planını birtərəfli qaydada tərk edib. Co Bayden seçkilərdən öncə ölkəsinin nüvə sazişinə geri dönəcəyinə dair vəd versə də, bunun üçün İranın bütün saziş şərtlərinə əməl etməsini tələb edir. Rəsmi Tehran isə bu addımdan öncə Donald Tramp tərəfindən İrana qarşı tətbiq edilən sanksiyaların ləğvində israrlıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]