İRANLI FİLOSOF AMERİKA İLƏ ƏMƏKDAŞLIQDA ŞÜBHƏLİ BİLİNİR
Qəzetin yazdığına görə, Ecehi demişdir ki, “Ramin Cahanbəyli İranda “məxməri inqilab” yaratmaqda Birləşmiş Ştatlara kömək etmək niyyətində idi”.
Filosof və publisist apreldə Hindistandan gələrkən Tehran hava limanında həbs edilmiş, lakin bu fakt yalnız sonrakı ay açıqlanmışdır. Cahanbəyliyə qarşı indiyədək formal ittihamlar irəli sürülməmişdir. Ecehinin sözlərinə görə, filosofun barəsində təhqiqat davam edir.
İran və Kanada vətəndaşı olan Ramin Cahanbəyli Harvard və Sorbonna universitetlərində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Onun fəlsəfəyə dair onlarca kitabı ingilis, fransız və fars dillərində nəşr olunmuşdur. O, publisistik məqalələrində İran Prezidenti Mahmud Əhmədinejadı Holokostu dandığına görə tənqid etmiş, habelə İranı və Qərb ölkələrini Tehranın nüvə proqramı barədə kəskin bəyanatlar verməkdən çəkinməyə çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]