İRAQ ƏHALİSİNİN ƏKSƏRİYYƏTİ KONSTİTUSUYA LAYİHƏSİNİ BƏYƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Qətərin “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, İraq əhalisinin əksəriyyəti oktyabrın 16-da keçirilmiş referendumda konstitusiya layihəsini bəyəndiyini bildirmişdir. İraqın iki əyalətinin – keçmiş diktator Səddam Hüseynin vətəni Səlahəddində və sünni müqavimətinin mərkəzi Anbarda əhali yeni qanun layihəsinin əleyhinə səs vermişdir.
ABŞ təhlilçiləri İraqda zorakılıq dalğasının artacağını ehtimal edirlər. Çünki referendum ölkənin ərazi dairələrinə bölünəcəyinin mümkünlüyünü təsdiq etmişdir. Sünnilər bunun əleyhinədirlər.
Oktyabrın 19-da Səddam Hüseynin açıq məhkəmə prosesinin başlanması ilə əlaqədar da yaraqlıların fəallaşacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]