İRAQDA DAHA ALTI GİROV BURAXILMIŞDIR
Dörd iordaniyalının buraxıldığını isə girovlardan birinin qardaşı bildirmişdir. Məhəmməd əbu-Cəfər qardaşı Əhmədlə danışmış və o demişdir ki, azadlığa buraxılıb, hazırda xeyirxah bir insanın əlindədir. Həmin xeyirxah insan isə İraq tayfalarından birinin şeyxidir. İndi iordaniyalılar onun evindədirlər.
Xatırladaq ki, “İraq müqavimət hərəkatının qırğın eskadronları” qruplaşması iyulun 29-da dörd iordaniyalını girov götürdüyü barədə xəbər yaymışdı. Yaraqlılar bu adamları sürücü kimi işə götürən nəqliyyat şirkətinin ABŞ qoşunları ilə əməkdaşlığını dayandırmasını tələb edirdilər.
Avqustun 3-də İordaniya XİN-i elan etmişdir ki, İraqda onların daha bir vətəndaşı əsir götürülmüşdür. Bəzi məlumatlara görə, o, biznesmendir.
Ümumiyyətlə, son bir ayda İraq yaraqlıları 70-dək əcnəbini girov götürmüşlər. Onlardan bəziləri edam olunmuş, əksəriyyəti isə buraxılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]