Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrəvanda Frankofoniya sammiti: rəsmi Parisin tarixi səhvi və fransızların “həmyerliləri”

İrəvanda Frankofoniya sammiti: rəsmi Parisin tarixi səhvi və fransızların “həmyerliləri”

Böyük dövlətlər müstəqil xarici siyasət yeridərlər. Bunu müstəqil olan hər bir ölkə tam dərk edir. Ancaq müstəqil siyasət yeritmək qətiyyən ədalətsiz, haqsız və qeyri-obyektiv olmaq anlamına gəlməz. Üstəlik, bu "müstəqil siyasət" təcavüzkara, haqsıza arxa olmağı nəzərdə tutursa, çox zərərlidir, bütün dünya üçün təhdiddir. Frankofoniya təşkilatının 17-ci sammitinin İrəvanda keçirilməsi özlüyündə qeyri-adi deyil. Ermənistan həmişə qeyri-sabit, bir geosiyasi cəbhədən digərinə qaçmaqla xarakterizə olunan mövqe tutub. Olmasın "rusofoniya", olsun "frankofoniya" - İrəvan üçün elə də fərq etməz. Təki danışanlar ermənipərəst olsunlar. Bu baxımdan Fransa Prezidenti 17-ci sammitdə çox fərqləndi. Onun ifadə etdiyi fikirlərin dünya siyasətinə hansı təsiri göstərəcəyi bir qədər sonra aydın olacaq. Ancaq söylənən fikirlərdə Cənubi Qafqaza aid vacib məqamlar olduğundan onların üzərində indidən geniş dayanmağa ehtiyac görürük.

Azərbaycan-Fransa münasibətləri: Bakının cəsarətli və konstruktiv addımları

Azərbaycan müstəqillik əldə edəndən sonra ölkəmiz Fransa ilə ən yüksək səviyyədə münasibətlər qurmaq istiqamətində davamlı addımlar atıb. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə bu proses sistemli, ardıcıl və dərindən düşünülmüş məzmun kəsb edib. Heydər Əliyev Prezident kimi xaricə ilk rəsmi səfərini Parisə edib. Azərbaycan Prezidenti seçildikdən sonra (3 oktyabr 1993-cü il) Ulu Öndər Fransa Prezidenti Fransua Mitteranın dəvətini qəbul edərək bu ölkəyə gedib. Orada Ümummilli Liderin apardığı danışıqlar müsbət nəticə verib. Fransa Azərbaycanla əlaqələri inkişaf etdirməyin zəruriliyini dərk edib.

Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu inkişaf etdirərək, Fransa ilə əlaqələrə ayrıca önəm verib. Bunu dövlət başçısının Fransaya olan səfərləri və həyata keçirilən birgə proqramlar təsdiq edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev də Prezident seçildikdən sonra ilk xarici səfərini Fransaya edib (yanvar, 2004).

2016-cı ilə olan məlumata görə, Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir. Təbii ki, bu, son hədd deyil. Çünki dövlət başçısı İlham Əliyev Fransa ilə əlaqələrin daha da genişlənməsi istiqamətində addımlarını davam etdirir. Təkcə bu ilin yayında Prezident İlham Əliyevin Fransaya səfəri zamanı 11 fransız şirkəti ilə müxtəlif sahələri əhatə edən və 2 milyard dollar həcmində sərmayəni nəzərdə tutan müqavilələr imzalanıb.

Bununla bağlı Azərbaycan Prezidenti deyib: "Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olunub, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra edildiyi vurğulanıb. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub".

Bəs bütün bunların qarşılığında rəsmi Parisin Azərbaycan siyasəti hansı məzmunda olub? Çox təəssüf ki, məsələnin bu tərəfi ilə bağlı bir sıra mənfi faktları xatırlamalı oluruq. Hər şeydən öncə, deməliyik ki, Azərbaycan müstəqil dövlət kimi heç bir ölkənin daxili işlərinə qarışmır və münasibətlərini hansısa xüsusi məqsədə görə qurmur. O cümlədən rəsmi Bakı Fransanın hansı dövlətlə necə əlaqələr yaratmalı olmasına qətiyyən qarışmaz. Lakin Azərbaycanın dövlət maraqlarına və suverenliyinə zərər verə biləcək davranışları da diqqətdən kənarda saxlaya bilməz. Fransa ilə münasibətlərdə məsələnin bu aspekti həm də ona görə daha həssasdır ki, bu ölkə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. Fransa üzərinə belə bir öhdəlik götürüb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllində vasitəçilik edəcək. Əgər bu şərtlərdən kənara çıxılırsa, Azərbaycanın haqlı irad bildirməsinə kimsə mane ola bilməz, çünki söhbət Azərbaycanın müstəqilliyindən, ərazi bütövlüyündən və suveren dövlət kimi gələcəyindən gedir. Bu anlamda Fransa tərəfindən hansı addımlar atılıb?

Öncə qeyd edək ki, Prezident Emmanuel Makron bu ilin yanvarında Fransada yerləşən Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) tərəfindən qondarma "erməni soyqırımı"nın anım mərasiminə dəvət edilərkən, CCAF-ın həmsədrləri Ara Toranyan və Murad Papazyan onu Türkiyəni tənqid etməyə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etməyə səsləyib.

Fransız deputatlar və merlər: işğal ərazilərinə qanunsuz səfərlər

Ancaq bununla yanaşı, Fransa parlamentinin bir sıra üzvləri və şəhər merləri Dağlıq Qarabağa səfərlər edirlər. Məsələn, Fransanın "Xalq hərəkatı uğrunda ittifaq" parlament fraksiyasının deputatı Gi Tesye Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib və orada separatçı rejimin nümayəndələri ilə görüşlər keçirib. Bundan başqa, "Fransa-Dağlıq Qarabağ" dostluq qrupu yaradılıb. Fransa rəsmiləri Ermənistanın son 25 ildə işğalda saxladığı Dağlıq Qarabağ bölgəsinə səfərlər həyata keçiriblər. Digər heç bir dövlətin rəsmi şəxsləri bu addımı atmayıblar.

Fransanın Alforvil və Valans şəhərlərinin merləri də Dağlıq Qarabağa səfərlər ediblər. Bu, birbaşa Ermənistanın və havadarlarının Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Bu bağlılıqda Fransada türklərə qarşı terror aktları törədən canilərin milli qəhrəman obrazlarının yaradılması, onların adına küçə və meydanların verilməsi olduqca təəssüfedicidir. Fransa ədaləti, demokratiyanı, insan haqlarını və obyektivliyi tam itirmiş kimi görünür.

Bunlardan başqa, Fransanın ayrı-ayrı şəhərləri Dağlıq Qarabağla müqavilələr imzalayıblar. Fransız şirkətlərinin işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyəti barədə informasiyalar mövcuddur. Bu kimi proseslərin fonunda iki məqam maraq doğurur. Birincisi, Fransanın canfəşanlıq etməsinə rəğmən, Ermənistanın faktiki olaraq rəsmi Parisi gözardına almasıdır. İkincisi, Frankofoniyanın məhz Ermənistanda keçirilməsidir.

Birinci məqamla bağlı Fransanın Ermənistandakı keçmiş səfiri Anri Renonun etirafı diqqət çəkir. O deyir ki, Ermənistanda fransız dilini öyrənənlərin sayı hətta SSRİ dövründə olduğundan da aşağıya düşüb. Ermənistanla Fransa arasında əmtəə dövriyyəsi 100 milyon dollar həddini ötməyib və illik mal dövriyyəsində də heç bir artım yoxdur. Əksinə, azalma müşahidə edilir. "Orange" mobil operatoru Ermənistanın mobil operatorları bazarına daxil olsa da, sonradan səhmlərini Rusiyaya məxsus şirkətə satmağa məcbur oldu. "Karfur" dükanlar şəbəkəsi Ermənistanda reallaşa bilmədi. Bu şirkəti də Rusiya ilə sıx əməkdaşlığı olan erməni biznesmenlərindən biri ələ keçirdi. İndi İrəvanda 1-2 fransız mağazası var və Nikol Paşinyan Fransaya səfəri zamanı onları qoruyacağına söz verib. Bu, əməkdaşlıq və dostluq haqqında tipik erməni mövqeyidir.

Makronun "ermənifoniyası": siyasət və "həmyerli" axtarışları

Lakin Prezident Emmanuel Makron Frankofoniya üçün İrəvana gəldi. Orada, sözün düzü, bir qədər qəribə fikirlər səsləndirib. O deyib: "Mən Frankofoniyanın 17-ci sammitində iştirak etmək üçün Ermənistanda olmağıma görə şadam. Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar, bizim, demək olar ki, yarım həmyerlilərimizdir. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir".

Maraqlıdır, Fransa tarixini ermənilər yaradıblarsa və fransızlarla ermənilər həmyerlidirlərsə, niyə Ermənistanı Qafqazda yaradıblar? Məlumdur ki, fransızlar qafqazlı deyillər və ermənilərlə həmyerlidirlərsə, onda ermənilər də qafqazlı deyillər. O halda belə çıxır ki, müəyyən dairələr məqsədli şəkildə ermənilərə Cənubi Qafqazda dövlət yaradıblar ki, bölgə xalqlarının başına bəla olsun. Biz cənab E.Makrona demək istərdik: cənab Fransa Prezidenti, aparın həmyerlilərinizi bu başıbəlalı regiondan, bununla Siz qafqazlılara böyük yaxşılıq etmiş olarsınız!

E.Makron daha dərinə gedərək bəyan edib: "Fransızlar ermənilərə öz ürəklərinin qapılarını kübarca açıblar. Bu iki ölkəni sizi çox sevən Fransa xalqı birləşdirir. Bizim xoşbəxtliyimiz də, kədərimiz də birdir. Ermənilər fransızların ürəklərindədir".

Daha sonra Fransa Prezidenti Parisin "erməni soyqırımı"nı heç zaman unutmayacağını da deyib. Aydın görünür ki, bununla rəsmi Paris həyata keçirdiyi xarici siyasətin bir sıra mühüm istiqamətlərini açıq ifadə edib. Fransa Ermənistana tam dəstək verdiyini və bütün məsələlərdə onun yanında olduğunu nümayiş etdirib. Elə isə belə bir tərəfkeş dövlət hansı haqla ATƏT-in Minsk qrupuna həmsədrlik edir? Eyni məntiqlə ermənilər və avropalılar hansı üzlə Türkiyəni tərəfkeşlikdə ittiham edirlər? Türkiyə təcavüzə məruz qalanın yanındadır, onun etnik-milli kimliyi önəmli deyil. Ankara ədalət tələb edir, ayrı-seçkiliyə qarşıdır.

Fransa isə birbaşa bəyan edir ki, təcavüzkarın yanındadır. Hətta bu işğalçı fransızların qəlbindədir, onlar fransızlarla həmyerlidirlər. Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa bu cür ikili standartlarla hansı uğurları qazana bilər? Rəsmi Paris azərbaycanlıların dostudurmu, düşmənidirmi?

Bu suallar indi çox aktualdır. Həm də ona görə ki, Fransa Avropa İttifaqındakı rolu və mövqeyinə görə Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır. Fransa Aİ-nin Almaniya və İtaliya ilə bərabər üç mühüm üzvündən biridir. Nəhayət, Azərbaycan digər həmsədr dövlətlərlə yanaşı, Fransadan da münaqişənin həllində qətiyyətli addımlar gözləyir. Bunlardan başqa, Fransa Avropanın iqtisadiyyatında çox mühüm yer tutur, xarici siyasətdə aparıcı mövqedədir. Onu da nəzərə alaq ki, Azərbaycanın ticarət dövriyyəsinin təxminən yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Yuxarıda vurğuladığımız faktlar da göstərir ki, Fransa bu sahədə də önəmli partnyordur. Azərbaycana daxil olan xarici investisiyaların 6,7 faizi Fransanın payına düşür.

Təmkinli, konstruktiv və səbirli Azərbaycan: hər şeyin bir həddi vardır

Artıq qeyd etdiyimiz kimi, rəsmi Bakı bütün bunları diqqətə alır və Fransa ilə əlaqələrin inkişafı üçün ardıcıl addımlar atır. Qarşılığında isə Frankofoniyadakı çıxış və bir sıra fransız deputatın, merlərin işğal olunmuş ərazilərə qanunsuz səfərləri... Müqayisə aydındır. Əslində isə Fransa Ermənistanla olan münasibətlərindən ədalət naminə istifadə edə bilər. Çünki əgər onlar tarixən yaxın əlaqələrə malikdirlərsə, onda Paris İrəvana anlada bilər ki, başqalarının torpaqlarını işğal etmək haqsızlıqdır, cinayətdir, ondan əl çəksin. Fransa tam olaraq başa sala bilərdi ki, Ermənistan rəhbərlərinin etdikləri beynəlxalq hüquq normalarına ziddir. Bu kimi işlərin axırı olmur.

Bundan başqa, Fransa Avropa İttifaqının üzvü kimi həm demokratiyanı müdafiə etməlidir, həm də Azərbaycanla imzalanan strateji tərəfdaşlıq sazişlərinin müddəalarına əməl etməlidir. Paris isə bunu bir neçə məqamda kobud şəkildə pozur. Birincisi, Fransa parlamentinin üzvləri Dağlıq Qarabağa səfərlər edirlər. Fransanın bəzi şəhərlərinin merləri eyni yanlış hərəkəti edirlər. Bununla Fransa rəsmi olaraq BMT, Aİ, AŞPA-da qəbul edilən və altında imzası olan sənədlərdəki tələbləri pozur. Son olaraq, Aİ ilə Azərbaycanın birgə hazırladığı və Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təsdiqləyən sənədin müddəalarına zidd hərəkət edir.

İkincisi, Fransa Prezidenti beynəlxalq tədbirdə çıxış edərək özünün ermənipərəst olduğunu açıq etiraf edib. Bu isə bir tərəfdən Azərbaycanla imzalanan sazişlərin ruhuna ziddir, digər tərəfdən Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsiz ola bilməyəcəyi anlamına gəlir. Elə isə Fransa özü bəyanat verib Minsk qrupunun həmsədrliyindən çəkilməlidir. Lakin rəsmi Parisin bunların heç birini etmək fikrində olmadığı aydın görünür.

Bütün bunlarla yanaşı, bir geosiyasi məqam maraqlıdır. Ermənistan Frankofoniyanı İrəvanda keçirməklə Rusiyaya yeni "əlcək atmış" olur. Paris açıqca Ermənistanda hökmranlıq etmək niyyətini ortaya qoyur. E.Makron bunu ən azı iki istiqamətdə təsdiqlədi. Əvvəla, Fransa Prezidenti Ermənistanın ən yaxın tərəfdaşı olduğunu ifadə etdi. Bəs onda Rusiya kimdir? Axı, Ermənistan adlı dövləti Rusiya yaradıb. İndi onun ən yaxını Fransa oldu? Kremlin buna reaksiyası maraqlı olacaq.

İkincisi, E.Makron fransız dilinin Ermənistan üçün əhəmiyyətini dolayısı ilə ifadə etmiş oldu. Özü də bu, Ermənistanda rus dilinin demək olar ki, tamamilə yox edilməsi fonunda baş verir. Rusiya Ermənistanın təhsil sistemində rus dilinin inkar edilməsi ilə bağlı dəfələrlə fikrini bildirib. Ancaq real dəyişiklik yoxdur. Bunun əvəzində Ermənistan rəhbərliyi fransız dili və mədəniyyəti ilə bağlı tədbirə evsahibliyi edir. O, faktiki olaraq "rus dünyası"nı "fransız dünyası"na dəyişməyə istiqamət götürüb.

Azərbaycan isə tamamilə fərqli mövqedədir. Bakı Fransa ilə də yaxın əlaqələrini inkişaf etdirir, Rusiya ilə də bütün sahələrdə münasibətlərini çox müsbət müstəvidə inkişaf etdirməkdədir. Azərbaycanda rus dilinin inkişafı üçün heç bir maneə yoxdur. Hətta ölkənin təhsil sistemində bu dilin yeri və rolu getdikcə daha da möhkəmlənir. Rus mədəniyyəti Azərbaycanda yayılıb, yayılır və bu vəziyyətin dəyişəcəyinə dəlalət edən fakt yoxdur.

Ancaq əsas sual budur ki, Azərbaycan bu ölkələrlə səmimi və dostca münasibət qurarkən, ermənilərin isə eqoist, əsassız iddiaları ilə üz-üzə gələrkən Paris lazımi dərəcədə konstruktiv mövqe tutmur, təcavüzkara açıq və ya gizli dəstək göstərir, ona yeni-yeni silahlar verir. Görünür, Azərbaycan bu təcrübəni nəzərə alıb hansısa nəticələr çıxara bilər. Hər halda, xüsusilə Fransanın ədalətli və obyektiv mövqe tutmadığı aydındır.

Bütün bunlar beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının ayaqlar altına atılmasıdır və dövlətlərarası münasibətlərin dostluq ruhu ilə ziddiyyət təşkil edir. Azərbaycan özünün xarici siyasətini bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurur. Və bütün ölkələrlə, o cümlədən Fransa ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirir.

Rəsmi Bakı kifayət qədər düşünülmüş və məntiqli siyasət yürüdür. Bu siyasət milli maraqlara uyğun olaraq beynəlxalq hüquq çərçivəsində reallaşdırılır. Ölkə rəhbərliyi daim ən düzgün mövqeni seçir. Bunu təcrübə dəfələrlə təsdiq edib. Azərbaycan heç də böyük dövlətlərlə münasibətləri pozmaq kimi kurs yeritmir, daim əməkdaşlıq və qarşılıqlı fayda üçün çalışır. Bununla yanaşı, əks tərəfin də hərdən vicdanını qarşısına qoyub düşünməsi lazım deyilmi?

Bir başqa məqam da Cənubi Qafqazın geosiyasi vəziyyəti ilə bağlıdır. Hamı etiraf edir ki, bu bölgədə kifayət qədər mürəkkəb geosiyasi dinamika mövcuddur. Ermənistanın qeyri-konstruktiv və təcavüzkar siyasət aparması, İranla Qərbin münasibətlərinin daha da gərginləşməsi və terror təhlükəsinin yaxınlaşması kimi amillər son dərəcə həssas durum meydana gətirib. Belə bir vəziyyətdə Cənubi Qafqaza xoş münasibəti olan hər bir dövlət yumşaldıcı, əməkdaşlığa təkan verən, ədalətli, obyektiv siyasət yeritməlidir. Bu məsələdə tərəfkeşlik olmamalıdır. Fransa kimi təcrübəli bir dövlətin atdığı addımlar isə tamamilə bunun tərsidir. Və bu keyfiyyətdə qətiyyən Cənubi Qafqazda sabitliyə, sülhə yardım etmir.

Səbəbi ondan ibarətdir ki, Fransa rəhbərliyi açıqca bəyan edir ki, təcavüzkarın yanındadır, onun ən yaxın dostudur. Bu şərtdə Ermənistan BMT TŞ-nin qətnamələrinə əməl edərmi? Aİ-nin qəbul etdiyi sənədlərin şərtlərini yerinə yetirərmi? Fransa özü imzaladığı sənədləri hüquqi aspektdə gözdən salır, onların adi kağız parçası olduğunu dolayısı ilə nümayiş etdirirsə, təcavüzkar, qeyri-konstruktiv düşüncəyə sahib, psixoloji olaraq xəstə olan Ermənistan rəhbərləri üçün onlar heç kağız parçası da deyil.

Məhz bu baxımdan, hesab edirik ki, Emmanuel Makronun fransızdilli ölkələrin beynəlxalq əməkdaşlıq təşkilatının 17-ci sammitindəki çıxışı siyasi karyerasının ən uğursuz məqamıdır. Orada yalnız Azərbaycana deyil, bütövlükdə dünya siyasətinə, Fransanın dövlət maraqlarına və Aİ-nin gələcəyinə zərər vura biləcək məqamlar vardır. Şübhə etmirik ki, əlahəzrət zaman, bunu təsdiq edəcək. O anda Fransa liderlərinin simasına baxmaq daha maraqlı olardı!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır