İŞ ADAMI ÖZ KƏNDİNƏ SU ÇƏKDİRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəmkir rayonunun Şiştəpə kəndinin iş adamları öz dədə-baba yurdlarının sosial problemlərinin həllində yaxından iştirak edirlər. Onlar qısa vaxt ərzində kənddə müasir tələblərə cavab verən məktəb binası tikdirmiş, körpü saldırmış, kəndarası yollarda təmir-bərpa işləri gördürmüşlər. Bu günlərdə isə iş adamı Misir Ağarzayev əhalinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə kəndə Zəyəm çayından uzunluğu 24 kilometr olan su kəməri çəkdirir. Kəmərin çəkilişində iştirak edən quraşdırıcılara kəndin sakinləri də kömək göstərirlər.