İŞ ADAMLARI GƏNCƏDƏKİ UŞAQ EVİNƏ YARDIM ETMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Moskvada yaşayan gəncəli iş adamları şəhərdəki uşaq evində olmuş, özləri ilə gətirdikləri ərzaq və məişət cihazlarını kollektivə təhvil vermişlər. Gəncə uşaq evinin bədii özfəaliyyət kollektivi bu yaxınlarda Heydər Əliyev adına respublika sarayında keçirilən uşaq yaradıcılıq festivalında “Qran pri” mükafatına layiq görülmüşdür. Qonaqlar festivaldakı qələbə münasibətilə kollektivin üzvlərini təbrik etmiş və bundan sonra da uşaq evi ilə əlaqə saxlayacaqlarına söz vermişlər.