Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İşğaldan azad edilmiş yaylaqlara Qırğızıstandan daha 116 baş yak gətirilib VİDEO

Bakı, 10 iyun, AZƏRTAC

Qırğızıstan hökuməti Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış eksperimental yak təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə ölkəmizə 101 baş yak hədiyyə edib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevə şəxsi hədiyyəsi olan yaklar artıq ölkəmizə gətirilərək işğaldan azad edilmiş Kəlbəcər ərazisində təbiətə buraxılıb.

Ölkəmizə gətirilən yakların seçim prosesində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak ediblər. Qırğızıstana ezam olunan nazirlik əməkdaşları yerli mütəxəssislərlə birlikdə Narın rayonundakı yak təsərrüfatlarında heyvan seçimi aparıblar. Seçilmiş yaklar əvvəl karantin rejimində saxlanılıb, onlara müvafiq peyvəndlər vurulub. Daha sonra heyvanlar xüsusi nəqliyyat vasitələri ilə Bişkekə gətirilib, oradan təyyarə ilə Gəncə şəhərinə yola salınıb.

Azərbaycana yakların təyyarə ilə göndərilməsinə həsr olunmuş tədbirdə çıxış edən Qırğızıstanın su resursları, kənd təsərrüfatı və emal sənayesi nazirinin birinci müavini Kubat Kaseinov bildirib ki, Azərbaycana hədiyyə edilən yaklar bütün sanitar baytarlıq nəzarətindən keçib və heyvanların tam sağlam olduğunu təsdiqləyən müvafiq sənədlər Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın Təşkili və Monitorinqi şöbəsinin nümayəndələrinə təqdim edilib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ölkəmizə gətirmək üçün 82 dişi, 19 erkək yak seçiblər. Beş günlük karantin rejimi dövründə seçilmiş dişi yaklardan 15-i balalayıb. Doğulan buzovlardan 6-sı erkək, 9-u isə dişidir. Doğulan balalar da digər heyvanlarla birlikdə Azərbaycana göndərilib.

Təyyarə ilə Gəncə Beynəlxalq Hava Limanına gətirilən yaklar burada xüsusi maşınlarla Ağdərə yolu ilə Kəlbəcər yaylaqlarına aparılıb. Qazxan yaylağında təbiətə buraxılan yakların həm buradakı sürüyə, həm də yerli təbiətə uyğunlaşması prosesi davam edir.

Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaylaqlarda eksperimental yak təsərrüfatının yaradılmasına 2022-ci ildə başlanıb. Həmin il Azərbaycanda eksperimental yak təsərrüfatının yaradılması məqsədilə ölkəmizə dəvət olunan qırğız ekspertlərin iştirakı ilə monitorinqlər keçirilib və yer seçimi edilib. Mütəxəssislərin rəyi ilə işğaldan azad olunmuş Laçın və Kəlbəcər rayonunun yüksək dağlıq əraziləri yak təsərrüfatının yaradılması üçün uyğun sayılıb. Daha sonra Qırğızıstandan Azərbaycana gətiriləcək yaklar seçilib və onların təhlükəsiz daşınması üçün hava nəqliyyatının tələblərinə uyğun xüsusi qəfəslər hazırlanıb və təhlükəsiz daşınması üçün xüsusi qəfəslərdə təyyarə vasitəsilə Azərbaycana gətirilib.

Soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış yaklar Laçın rayonunun yüksək dağlıq ərazilərinə aparılıb və burada heyvanların yerli iqlimə adaptasiyası başlayıb. Ötən il ərzində eksperimental yak təsərrüfatında artıq iki dəfə döllənmə qeydə alınıb, alınan balaların yerli şəraitə daha sürətlə uyğunlaşdığı müşahidə olunub.

Açıq ərazilərdə bəslənən yaklar mütəxəssis nəzarətində saxlanır. Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıq lövhələri quraşdırılıb. Heyvanların təbii şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi davamlı monitorinqlər keçirir.

Dəniz səviyyəsindən 2500 metr hündürlükdə yaşayan yaklar başqa heyvanlar üçün əlçatmaz olan yem və su mənbələrindən qidalanırlar. Buna görə onların əti və südü ekoloji cəhətdən yüksək keyfiyyətli hesab olunur. Yak heyvan növünün əsas xüsusiyyəti özəl yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır. Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir. Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 metr yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir.

İşğaldan azad edilmiş yaylaqlara Qırğızıstandan daha 116 baş yak gətirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tanınmış azərbaycanlı pianoçu-virtuoz Ankarada konsert verib

“Apple” yenidən dünyada ən bahalı şirkət adına layiq görülüb

“Rusiya Dəniz Gəmiçiliyi Reyestri” Xəzər regionunda yeni xidmət istiqamətlərini təşviq edəcək

Braziliya Pantanalında güclü yanğınlar baş verir

Avropa quş qripi pandemiyasına hazırlaşır

ABŞ və Ukrayna ikitərəfli təhlükəsizlik sazişi imzalayacaqlar

ÜST: Dörd sənaye sahəsi hər il 19 milyon insanın ölümünə səbəb olur

Media: Çinin Aİ-nin tarif qərarına qarşı çoxsaylı əks tədbirləri var

Lənkəranda avtomobil nənə və nəvələri vurub, ölən var

Milli Məclisin sədri Sahibə Qafarova Belarusun Baş naziri ilə görüşüb

Daşkənddə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb

Pakistan Azərbaycanla müdafiə və aviasiya sahələrində əməkdaşlığı genişləndirmək istəyir

Nazir: Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 13 faiz artıb

Budapeşt və NATO razılıq əldə ediblər

Əziz Əliyev haqqında “Böyük Azərbaycan naminə” kitabı işıq üzü görüb

Fransada parlament seçkilərilə bağlı ilkin sorğuların nəticələrinə görə ifrat sağçılar səs çoxluğu qazanacaqlar

Gürcüstan portalları AZƏRTAC-ın bəyanatını yayıblar

“Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktik seminar keçirilib

Gürcüstan rəsmisi: Keçən il bəzi qüvvələr bir neçə dəfə hakimiyyəti zorla dəyişməyə cəhd ediblər

Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri

Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu keçirilib VİDEO

“Kapitan” Makronun gəmisi batmağa başlayır?

Ukraynanın Krivoy Roq şəhəri atəşə tutulub, 8 mülki şəxs həlak olub VİDEO

IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib

Çində havanın hərarəti 75 dərəcəni göstərib VİDEO

® “Azerconnect Group” və “Vodafone Group” arasında tərəfdaşlıq müqaviləsi imzalandı

Devid Moran: Azərbaycan Orta Dəhlizin inkişafının mərkəzində yerləşir

“Qafqaz Qartalı-2024” təliminin təntənəli bağlanış mərasimi keçirilib VİDEO

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi: Yasamalda kəsilən ağacların yerində yeniləri əkiləcək

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri təşkil olunub

Milli Məclisin komitə iclasında altı məsələ müzakirə olunub

Dövlət Komitəsinin nümayəndə heyəti Tbilisidə bir sıra görüşlər keçirib

İdarə rəisi: Qarabağ ərazi vergilər baş idarəsi üzrə 24 mindən çox vergi ödəyicisi var

Türkiyənin beş vilayətində meşə yanğınları baş verib

® Bakı Fond Birjasında "AccessBank” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

“Fənn Münasibətləri – Yeni Biliklər İstehsalı“ kitabının təqdimat mərasimi keçirilib

Çində helikopter qəzasında 3 nəfər itkin düşüb

Nikol Paşinyan: Mən hakimiyyətdə olmasaydım, Ermənistan əyalətə çevriləcəkdi

“Kəpəz” klubu legioneri ilə müqaviləni uzadıb

Mətbuat Şurası: Fransanın sifarişi səbəbindən AZƏRTAC-ın əməkdaşı ilə bağlı yaranan insident söz və ifadə azadlığını məhdudlaşdırmaq cəhdidir

“Real Madrid”in Kilian Mbappeni təqdim edəcəyi tarix müəyyənləşib

Azərbaycan startap və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında irəliləyiş əldə edib

Bu ilin birinci rübündə əmtəə ixracı 6,2 milyard dollar təşkil edib

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması üzrə imtahanın nəticələri açıqlanıb

Azərbaycanla BƏƏ arasında əməkdaşlıq istiqamətləri genişləndirilir

28 May – Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul keçirilib

Naxçıvanda ət satışı obyektlərində monitorinqlər keçirilir

Xidmət səviyyəsinin ölçülməsi məqsədilə internet istifadəçiləri arasında sorğu keçirilməsinə başlanılıb

Quş qripi xəstəliyinə qarşı keçirilmiş monitorinqlərin nəticələri açıqlanıb

“TRT World” kanalı “1915. Köçürülmə” adlı yeni sənədli film çəkib

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7 faiz artıb

® “Kapital Bank”ın nağd kredit lotereyasının final tirajının qalibləri bəlli olub

Gürcüstan Türkiyədən NATO standartlarına uyğun zirehli transportyorlar alıb

Dövlət Film Fondunda Xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib

Yaxın gələcəkdə Azərbaycan və Latviyanın baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanacaq

Bonnda COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan bəzi təşəbbüslərin təqdimatı keçirilib VİDEO

“Beşiktaş” braziliyalı futbolçu ilə anlaşıb

Cari ilin 5 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2 min 934 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Elin Süleymanov: Azərbaycan Orta Dəhliz və regional bağlantılar üçün əsas ölkədir

Naxçıvanda özəlləşdirmə və icarədən dövlət büdcəsinə daxil olan vəsait 5 dəfədən çox artıb

XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda seçmə imtahanı keçirilib

İsveç saytı Bakı Enerji Həftəsindən yazıb

Rafael Nadal da "Uimbldon" turnirini buraxacaq

2018-2024-cü illərdə müavinət və təqaüd ödənişləri beş dəfə artıb

Aqrar Sığorta Fondunda Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyası ilə görüş keçirilib

Əslən Qərbi Azərbaycandan olan yazıçının ailəsindən qalan kədər dolu xatirələr

Lisey və gimnaziyalara ərizə qəbulu başa çatır

Dağlıq və dağətəyi rayonlarda intensiv yağış yağacaq, dolu düşəcək

Aqrar Xidmətlər Agentliyində "İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib

Memarlıq incilərində sovet dövrünün koloriti

Azərbaycan və Gürcüstan arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər

BDU ilə Tailandın Krirk Universiteti arasında əməkdaşlığa dair görüş

Avro-2024-də italiyalı baş məşqçilərin hegemonluğu

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

2023-2024-cü tədris ilində paytaxt məktəbliləri idman yarışlarında 5 minə yaxın medal qazanıb

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib

İcraçı direktor: Azərbaycan üçün investisiya kalkulyatorunun hazırlanması layihəsi davam edəcək

Media nümayəndələri “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən təlimdə iştirak ediblər

Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib

Xaçmazda "Sehrli rənglər" festivalına 200-dən çox şagird qatılıb

Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib

“Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabının təqdimatı keçirilib

Makron Yeni Kaledoniyada mübahisəli seçki islahatını dayandırmağa məcbur olub

Növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Paşinyan: Ermənistan hökuməti yalnız xalqın tələbi ilə istefa verə bilər

Avropa çempionatı: Açılış oyununun hakimləri müəyyənləşib

Culfada kənd avtomobil yolunda yaranan məhdudiyyət aradan qaldırılıb VİDEO

Bu il əhalinin hər bir nəfəri ay ərzində ticarət şəbəkəsində orta hesabla 421 manatlıq məhsul alıb

Vyanada keçirilən seminarda Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi məsələsi müzakirə ediləcək

Makronun uğursuz gedişləri, Fransanın siyasi cəhətdən iflası - Ekspertlər danışır

Şəkidə “44 gün – Tarixi zəfər” kitabının I və II cildinin təqdimatı keçirilib

Tələbələr Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda istehsalat təcrübəsində olublar

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

UNEC-də Milli Qurtuluş Günü qeyd olunub

Ağdaş və Göyçaydakı ilkin istehsal sahələrində monitorinqlər aparılıb

BMU-nun qəbul planına 7 yeni ixtisas əlavə edilib

Azərbaycanlı gənc dirijorun növbəti uğuru