Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş torpaqlarımızda qayıdışa böyük sürətlə hazırlıq işləri görülür

İşğaldan azad olunmuş torpaqlarımızda qayıdışa böyük sürətlə hazırlıq işləri görülür

Ağcabədi, 22 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağda - işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan infrastruktur layihələri və tədbirlər onu sübut edir ki, 28 il düşmən tapdağı altında qalmış torpaqlarımızda qayıdışa çox böyük sürətlə hazırlıq işləri görülür. Qayıdış üçün qısa müddət ərzində bütün mümkün addımlar atılır və imkanlar səfərbər olunur. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalını hər bir azərbaycanlı xüsusi sevinc, qürur və bayram əhval-ruhiyyəsində izlədi. Bu törən həm də bütün dünyaya ünvanlanmış bir mesaj oldu: Azərbaycan xalqı öz Vətəninə qayıdır!

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib. Təşkilatın sədri bildirib ki, əslində bu işlərin təməli hələ 2016-cı ildə Lələtəpə yüksəkliyində əldə olunmuş qələbədən sonra Cocuq Mərcanlı kəndinin müasir infrastruktura malik layihə əsasında yenidən qurulması ilə başlayıb. Prezident İlham Əliyev işğaldan azad olunan rayonlara hər səfərində bir sıra infrastruktur layihələrinin açılış və təməlqoyma mərasimində iştirak edib, mühüm siyasi bəyanatlar verib. Çünki döyüşlər tarixi qələbəmizlə başa çatsa da, düşmən tərəfi hələ də müxtəlif bəhanələrlə beynəlxalq aləmi çaşdırmaqla məşğuldur. Ali Baş Komandan yenə də düşmənin xəbis niyyətini və planlarını öz əməli fəaliyyəti ilə alt-üst edir.

Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən də diqqətlə izlənilir. Bunun nəticəsidir ki, dünyanın aparıcı kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri, bu ərazilərdə həyata keçirilməsi planlaşdırılan layihələrin təməlqoyması prosesinə və həmin ərazilərdə verdiyi bəyanatlara geniş yer ayırırlar.

Prezident bu səfərlər zamanı bir sıra nəqliyyat infrastrukturunun təməlini qoyub. Yenidən qurulan nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaqla yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranması baxımından önəmlidir. Bir mühüm cəhət isə odur ki, bu marşrut tezliklə region ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcək. Bundan əlavə, həmin dəmir yolu xətti Asiya ilə Avropa arasında yüklərin daşınmasını sürətləndirməklə beynəlxalq əhəmiyyət qazanacaq. Dövlət başçısı mayın 10-da Ordubadda olarkən deyib: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.

Quruculuq-bərpa işlərinə infrastruktur layihələri ilə başlanması təsadüfi deyil. Çünki bu rayonlarda infrastruktur yaratmadan quruculuq işlərini sürətlə həyata keçirmək mümkün deyil. Bu üzdən dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, bölgənin inkişafı üçün ilk növbədə mükəmməl infrastruktur yaradılmalıdır. Hazırda bu istiqamətdə həyata keçirilən layihələr bütün sahələri əhatə edir. Bunlar bölgənin həm iqtisadi, həm sosial inkişafının təmin olunması üçün önəmlidir.

Həmin layihələr ilk növbədə yol və elektrik enerjisi sahələrini əhatə edir. Bu sahələr üzrə infrastrukturun yaradılması bölgədə digər sosial-iqtisadi layihələrin icrası üçün mühüm faktordur. Məqsəd azad olunmuş torpaqların tezliklə bərpa edilməsi, insanların doğma yurdlarına qayıtması və bu torpaqlarda həyatın canlanmasıdır. Odur ki, enerji və yol layihələrinə önəm verilir. Artıq Şuşa şəhərinə yüksəkgərginlikli elektrik xətləri çəkilməsi yekunlaşıb, şəhər elektrik enerjisi ilə tam təmin edilib.

Bölgənin özünün də enerji istehsal etmək potensialı yüksəkdir. Belə ki, işğaldan azad edilən ərazilərdən çoxlu çaylar axır. Bu da həmin yerlərdə su elektrik stansiyalarının inşasına imkan verir. İşğal illərində Laçın rayonunda 5, Kəlbəcərdə isə 12 su elektrik stansiyası fəaliyyət göstərib. Ermənilərin verdikləri məlumata görə, işğalçı ölkə elektrik enerjisinə olan tələbatının 30 faizini bu bölgənin hesabına təmin edib. Düşmən bu əraziləri tərk edərkən xislətinə uyğun olaraq həmin stansiyaların bütün avadanlıqlarını aparıb, apara bilmədiyini isə dağıdıb. Hələ fevral ayında Prezident İlham Əliyevin göstərişi ilə həmin Laçın rayonundakı “Güləbird” Su Elektrik Stansiyası təmirdən sonra istismara verildi. Həmin mərasimdəki çıxışında Prezident İlham Əliyev deyib: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik”.

Artıq Azərbaycan Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi Laçın rayonunda "Güləbird" kiçik su elektrik stansiyasını istifadəyə verib. Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Ammayev deyib: "Erməni işğalçıları Kəlbəcər, Laçın və digər rayonlarda kiçik su elektrik stansiyalarını dağıdıb. Elektrik enerjisinə tələbdən asılı olaraq bu stansiyalar bərpa olunacaq və beynəlxalq ekoloji normalara uyğun olaraq istifadəyə veriləcək". Agentlik rəsmisi həm də qeyd edib ki, Tərtər rayonunun azad edilmiş Suqovuşan kəndində yerləşən "Suqovuşan-1" və "Suqovuşan-2" su elektrik stansiyaları da yaxın zamanlarda bərpa olunacaq və istifadəyə veriləcək.

Bu gün işğaldan azad olunmuş ərazilərə işi ilə bağlı tez-tez səfərlər edən vətəndaşlarımız yol infrastrukturunun yenidənqurulması işlərinin çox sürətlə həyata keçirildiyinə canlı şahiddirlər. Doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımız inanırlar ki, yaxın zamanlarda hamı bir nəfər kimi öz elinə-obasına qayıdacaq, 30 il bundan əvvəlki həyata qovuşacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNƏCƏK

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj VİDEO

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq