Azərbaycan Dövlət İnformasiya Agentliyi

İSLAM MƏDƏNİYYƏTİ PAYTAXTINDAN DİALOQ PAYTAXTINA

Bakı, 15 dekabr (AZƏRTAC). Vaxt sürətlə ötüb keçir. Elə bil lap yaxın vaxtların söhbətidir: Azərbaycan paytaxtının mərkəzi küçələrində, tamaşa müəssisələrinin və kitabxanaların qarşısında, hətta avtobusların pəncərələrində də rəngbərəng zolaqlı bayraqlar asılmışdı. Bu bayraqlar ölkəmizin mədəni həyatında çox böyük və əlamətdar bir hadisə barədə xəbər verirdi: 2009-cu ildə Bakı sürətlə inkişaf edən, günbəgün gözəlləşən ölkəmizin paytaxtı olmaqla bərabər, həm də İslam mədəniyyəti paytaxtı seçilmişdi. Budur, artıq il başa çatmaq üzrədir. Bu il ərzində keçirilmiş çoxsaylı qeyri-adi və maraqlı tədbirlər təkcə müstəqil Azərbaycanın deyil, bütövlükdə İslam dünyasının mədəni həyatında mühüm hadisə olmuşdur.

Cəmi bir neçə gündən sonra Bakı estafeti növbəti şəhərə ötürəcək, lakin bu Mədəniyyət İlinin unudulmaz təəssüratları tarixdə qalacaqdır.

Hər şey ondan başladı ki, 2007-ci il noyabrın axırlarında Liviyanın Tripoli şəhərində keçirilmiş İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin mədəniyyət nazirlərinin V konfransında İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESKO) 2009-cu ildə Bakının İslam Mədəniyyəti paytaxtı seçilməsi barədə qərar qəbul etdi.

2001-ci ilin axırlarında Qətərin paytaxtı Doha şəhərində İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin III konfransında İSESKO-nun təklifi ilə “İslam Mədəniyyəti Paytaxtları” Proqramının təsdiq olunması haqqında Qətnamə qəbul edilmişdir. Bu sənədə müvafiq olaraq, İslam Mədəniyyəti paytaxtları İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasından seçilməli idi. Həmin konfransda qəbul edilmiş digər qərara görə, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam Mədəniyyəti paytaxtı elan edilmişdir. Məkkədən sonra ərəb, Asiya və Afrika regionlarını təmsil edən 30 şəhər 10 il müddətində İslam mədəniyyəti paytaxtları olmalıdır.

Bu ada namizəd kimi irəli sürülən şəhər öz regionu və ölkəsi səviyyəsində zəngin tarixə malik olmalı, elmin, incəsənətin, ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə aidiyyəti olmalıdır. Bundan əlavə, həmin şəhərdin həm fərdi, həm də kütləvi şəkildə mədəni tədbirlər təşkil edən elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji qurumları, müvafiq institutları olmalıdır.

V konfransda iştirak etmiş Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz məruzəsində Bakı şəhərinin “İslam Mədəniyyəti Paytaxtları” Proqramının bütün meyarlarına müvafiq olmasını vurğulamış və 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan olunmasını təklif etmişdir. Qeyd etmək lazımdır ki, konfrans iştirakçıları ölkəmizin nümayəndə heyətinin təklifini yekdilliklə dəstəkləmişdilər.

Bir sıra görkəmli mədəniyyət xadimlərinin və tanınmış siyasətçilərin fikrincə, Bakı bu yüksək və şərəfli ada İslam mədəniyyəti və elmi qarşısında görkəmli xidmətlərinə, İslam irsi abidələrinin qayğı ilə qorunub saxlanmasına və zənginləşdirilməsinə görə layiq görülmüşdür. Beləliklə, Azərbaycanın müstəqillik illərində İslam irsinin qorunub saxlanmasına və zənginləşdirilməsinə verdiyi böyük töhfə qeyd edilmişdir.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakıda səfərdə olarkən demişdir: “Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi İslam dünyasında mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi üsuludur, çünki Bakı İslam dünyasının ən qədim şəhərlərindən biridir”. Əl-Tüveycri onu da qeyd etmişdir ki, Bakıda müxtəlif simpoziumlar, festivallar, sərgilər keçiriləcək, bu tədbirlər İslam mədəniyyətinin təbliğinə töhfə verəcəklər. Əbülfəs Qarayev bir il əvvəl bu mövzuya həsr edilmiş brifinqlərin birində demişdir: “Gələn il ərzində müxtəlif tədbirlər keçiriləcək, onların vasitəsilə biz təkcə İslam mədəniyyətini deyil, daha çox Avropada inkişaf etmiş incəsənət növlərini də nümayiş etdirəcəyik. Buraya teatr festivalları, caz festivalları və digər tədbirlər daxildir”.

İSESKO namizəd seçərkən respublika rəhbərliyinin Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərinin dirçəldilməsinə yönəlmiş siyasətini və bu məsələlərə diqqətini nəzərə almışdır. Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına verdiyi töhfəni, dövlət başçısının mədəniyyət xadimlərinə qayğısını təsvir etmək çətindir.

Son illərdə ölkəmiz mədəniyyət sahəsində mühüm tədbirlər keçirilməsinin təşəbbüsçüsü olmuş, dünya mədəni elitasının tanınmış və nüfuzlu nümayəndələrini Azərbaycan torpağında görüşdürmüşdür. Belə misallardan çox göstərmək olar. 2009-cu il də bu mənada istisna olmamışdır.

Budur, “Bakı-İslam mədəniyyəti paytaxtı - 2009” Mədəniyyət İli başa çatmaq üzrədir. Vəd edildiyi kimi, bu il ərzində mədəni həyatda çox əlamətdar hadisələr baş vermiş, onlar Azərbaycan mədəniyyətinin dünya miqyasında daha da məşhurlaşmasına və təbliğinə şərait yaratmışdır. Mübaliğəsiz deyə bilərik ki, sözün həqiqi mənasında gurultulu premyeralar, prestijli festivallar, adlı-sanlı incəsənət ustalarımızın beynəlxalq səviyyədə qeyd edilən yubileyləri, görkəmli rəssamların əsərlərinin sərgiləri və bir sıra digər təşəbbüslər sayəsində indi ölkəmiz bütün dünyada təkcə Avropanın enerji təhlükəsizliyində fövqəladə mühüm rol oynayan dövlət kimi deyil, həm də qeyri-adi istedadların doğulduğu və inkişaf etdiyi, xalqın mədəniyyətinin və mənəviyyatının ən qədim dövrlərdən qaynaqlandığı və zaman keçdikcə daha da zənginləşərək dünya mədəniyyət xəzinəsində bənzərsiz bir təbəqə formalaşdırdığı gözəl diyar kimi tanıyırlar.

Mübaliğəsiz deyə bilərik ki, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının Bakıda keçirilməsi bu il təşkil edilmiş tədbirlərin kulminasiya nöqtəsi hesab oluna bilər. Dünyanın 45-dən çox ölkəsinin və müxtəlif təşkilatların 200-dən çox nümayəndəsi Azərbaycanın mədəniyyətin inkişafı işinə verdiyi misilsiz töhfələrdən məmnunluğunu və buna görə Azərbaycana minnətdarlığını bildirmək üçün Bakıda - İslam Mədəniyyəti paytaxtında toplaşmışdı. İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri öz çıxışında qeyd etmişdir ki, müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşən Azərbaycan sivilizasiyalar arasında dialoqa böyük töhfə verir. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət ilinin proqramı barədə söhbət açaraq qeyd etmişdir ki, Proqrama milli və beynəlxalq miqyaslı 100-dən çox tədbir daxil edilmişdir. O, qonaqların diqqətinə çatdırmışdır ki, Azərbaycan dövləti mədəniyyət sahəsində islahatlar aparır və müxtəlif proqramlar həyata keçirir. Bu halda həm Avropa ölkələrinin, həm də İslam dövlətlərinin mütərəqqi təcrübəsindən istifadə edilir. Nazir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə yetirdiyi diqqəti xüsusi vurğulamışdır.

Konfransda Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyəti paytaxtı seçilməsi barədə qərar təsdiq edilmişdir.

Konfransdan sonra keçirilmiş “dəyirmi masa”ya yekun vuran Əbülfəs Qarayev demişdir: “Biz “Dialoq paytaxtı” ideyası üzərində fikirləşməliyik. Bakı şəhəri “Dialoq paytaxtı” statusunu birinci olaraq qəbul edə bilər. Bu, hədsiz böyük məsuliyyətdir. İnanıram ki, iştirakçılar bu təklifi müsbət qiymətləndirəcəklər”.

Nazir vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə Azərbaycanda Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcəkdir.

Bizim milli mədəniyyətimiz, təsviri incəsənətimiz artıq dünya mədəniyyətinin tərkib hissələrinə çevrilmişdir. Bu fikrə etiraz edən çətin tapılar. Bu həqiqəti təsdiqləyən misallar çoxdur. Ona görə də Azərbaycan paytaxtının İslam Mədəniyyəti paytaxtı seçilməsi faktı tamamilə qanunauyğundur. Cəmi bir neçə gündən sonra Bakı bu estafeti öz xələfinə verəcək, lakin yeni səviyyə - “Dialoq paytaxtı” statusu üçün təşəbbüs irəli sürülmüşdür. Bu isə o deməkdir ki, qarşıda çoxlu maraqlı işlər və yeni nailiyyətlər gözlənilir.

Gülnarə Rzayeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib