İSMAYILLI FERMERLƏRİ QAZANDIQLARI UĞURLARI DÖVLƏT QAYĞISI İLƏ ƏLAQƏLƏNDİRİRLƏR
İsmayıllı, 17 avqust (AZƏRTAC). Bu ilin birinci yarısında İsmayıllıda 11 milyon 438 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 321 min manat çoxdur. Yerli fermerlər qazanılan nailiyyətləri dövlət qayğısı ilə əlqələndirirlər. Bu qayğı onları yeni uğurlara ruhlandırır. Təsadüfi deyildir ki, cari mövsümdə taxılçılar rayon tarixində rekord miqdara - 68 min 900 ton məhsul götürmüşlər. Bununla yanaşı, həmin müddətdə 2115 ton ət, 11625 ton süd, 382 ton yun, 4 milyon 16 min ədəd yumurta istehsal edilmiş, heyvandarlıq məhsulları üzrə bütün göstəricilər ötən illə müqayisədə xeyli artmışdır.
Xatırladaq ki, bu il 7155 istehsalçıya becərdikləri 33201 hektar əkin sahəsi üçün yaxın günlərdə 1 milyon 328 min manatdan çox maliyyə yardımı göstəriləcəkdir.
Rayonda kənd təsərrüfatının digər perspektivli sahələri olan üzümçülük, arıçılıq, kartofçuluq, habelə meyvə-tərəvəzçilik sahələri də inkişaf etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]