İspaniya bloqerləri Andorraya köçürlər
Madrid, 28 fevral, AZƏRTAC
İspaniyanın populyar “Youtube” bloqerlərinin çoxu son illər Andorraya köçmək qərarına gəlib.
AZƏRTAC “Andorra Telecom”a istinadla xəbər verir ki, bloqerləri internetə qoşulmanın yüksək sürəti, habelə haker hücumlarından müdafiəni təmin edən kibertəhlükəsizlik tədbirləri cəlb edir.
Şirkətdən bildiriblər ki, “Youtube” bloqerləri auditoriyanı genişləndirməyə çalışırlar. Andorrada bunun üçün çox əlverişli şərait yaradılıb.
İspaniya Regional Planlaşdırma Nazirliyi şirkətin bəyanatını şərh edərək bildirib ki, bloqerləri məsələnin sırf iqtisadi tərəfi maraqlandırır. Əslində, onlar az vergi ödəmək üçün Andorraya köçürlər.
Andorraya köçənlər arasında Lolito Fdez, yaxud Ampeterby7 kimi “Youtube”da yüz minlərlə abunəçisi olan bloqerlər var.
“Andorra Telecom”dan bildiriblər ki, şirkət öz müştərilərinin tələbatını təmin etməyə çalışır. Bunun təsdiqi olaraq məlumatları saniyədə 1000 meqabit sürətlə ötürən optik-lifli kabellə yüksəksürətli internet qoşulmanı nümunə gətiriblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]