İspaniya Çempionatı: "Selta"-"Barselona" oyununda qalıb müəyyənləşməyib
Bakı, 18 aprel, AZƏRTAC
İspaniya Çempionatının 33-cü turu start götürüb. “Selta” komandası turnirın lideri “Barselona”nı qonaq edib.
AZƏRTAC xəbər verir ki, hesabı qonaqlar açıb 36-cı dəqiqədə O.Dembele fərqlənib - 0:1. Birinci hissənin əlavə olunmuş dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirməyə nayil olublar Conni adını tabloya yazdırıb - 1:1. Fasilədən sonra üstünlüyü əla alan qonaqlar hesabda yenə də irəli çıxıb Alkaser fərqlənib - 1:2.
Qoldan beş dəqiqə sonra hakim "kataloniya"nın heyətində Sexio Robertoya qırmızı vərəqə göstərək meydandan kənarlaşdırıb.
Hesabla razı olmayan meydan sahibləri 82-ci dəqiqədə Yaqin Aspasın sahəsində hesabı bərabərləşdiriblər - 2:2. Qalan dəqiqələrdə qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişilməyib. Beləliklə, görüş 2:2 hesabı ilə başa çatıb.
Bu görüşdən sonra “Barselona” 83 xalla birinci pillədəki mövqeyini qoruyub. “Selta” isə 44 xalla doqquzuncu pillədədir.
Digər oyunlarda isə "Deportivo"-"Sevilya" oyununda hesab açılmayıb, "Villyareal" isə "Leganes" klubunu 2:1 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]