İspaniya hökuməti 4 günlük iş həftəsinə keçidlə bağlı layihəyə razılıq verib
Madrid, 6 aprel, AZƏRTAC
İspaniya hökuməti ölkə iqtisadiyyatına xələl gətirmədən dörd günlük iş həftəsinə keçid üzrə tarixdə ən irimiqyaslı eksperimentlərdən birini həyata keçirmək niyyətindədir.
AZƏRTAC “Вloomberg News” agentliyinə istinadla xəbər verir ki, İspaniya Baş naziri Pedro Sançesin hökuməti ümummilli proqrama üç il müddətinə 50 milyon avro məbləğində dövlət vəsaitinin ayrılmasına razılıq verib.
32 saatlıq iş həftəsi planının həyata keçirilməsi təşəbbüsünün müəllifi, eksperimentə 200-ə yaxın şirkəti cəlb etməyi planlaşdıran sol-mərkəzçi “Mas Pais” partiyasının rəhbəri İnigo Errehondur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]