İspaniya iki ildə 200 mindən çox ukraynalı qaçqını qəbul edib
Bakı, 23 fevral, AZƏRTAC
Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı vaxtdan bəri İspaniyaya 200 mindən çox ukraynalı qaçqın gəlib.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, İspaniya qəbul etdiyi ukraynalı qaçqınların sayına görə, Avropa İttifaqında beşinci yeri tutur. Ölkəyə sığınan qaçqınlardan 20,5 minə yaxını iş tapmağa nail olub. Eyni zamanda, Ukraynadakı müharibədən qaçan 29,5 min uşaq yerli məktəblərdə təhsil alır.
BMT-nin qaçqınlarla iş üzrə Ali komissarı Filippo Qrandinin sözlərinə görə, Rusiyanın hərbi təcavüzü və davam edən müharibə səbəbindən 10 milyondan çox insan, yəni Ukrayna əhalisinin təxminən dörddəbiri son iki il ərzində ya ölkə daxilində köçkün kimi yaşamağa, ya da qaçqın kimi xarici ölkələrə sığınmağa məcbur olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]