İSPANİYADA DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ QEYD EDİLMİŞDİR
Səfir Məmməd Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin həmvətənlərimizə və soydaşlarımıza ünvanlandırılmış təbrikini oxumuşdur.
İspaniyada yaşayan soydaşlarımız adından çıxış edən Azərbaycanın İspaniyadakı Dostları cəmiyyətinin üzvü, filoloq Calal Motlaq ölkəmizin siyasi, iqtisadi sahədə, eləcə də Avratlantik strukturlara inteqrasiya məsələsində əldə etdiyi böyük nailiyyətlərə hər bir azərbaycanlının sevindiyini bildirmişdir. Azərbaycanın sürətli inkişafının əsasını qoyan ümummilli liderimiz Heydər Əliyevi dərin minnətdarlıqla anan C.Motlaq ölkəmizin bu inkişafında böyük əməyi olan Prezident İlham Əliyevə təşəkkürlərini bildirmişdir.
Tədbirdə ölkəmiz haqda, eləcə də Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumatların İspaniyada və ispandilli dövlətlərdə yayılması məqsədilə görüləcək işlərə də toxunulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]