İspaniyada keçirilən şahmat festivalında Azərbaycan təmsilçiləri rəqibləri ilə heç-heçə ediblər
Bakı, 21 dekabr, AZƏRTAC
İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalında Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçılarından Eltac Səfərli və Məhəmməd Muradlı yeddinci turda rəqibləri ilə heç-heçə ediblər. Hər iki şahmatçımız 5,5 xalla 7-17-ci yerləri bölüşürlər. Digər şahmatçılarımız - Aydın Süleymanlı 4,5, Ülviyyə Fətəliyeva, Babək Cəfərli 4 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir. Onlardan 55-i qrossmeysterdir.
Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]